Dünya
Çimərlik Oyunlarının güləş yarışlarında iki çəkidə medalçılar dəyişib.
Ümumdünya Antidopinq Agentliyi (WADA) 2019-cu ilin oktyabrında Qətərin
paytaxtı Dohada keçirilmiş ilk Dünya Çimərlik Oyunlarının güləş
yarışlarında qadınlarda 50 kiloqramda, kişilərdə isə 90 kiloqramdan
yuxarı çəki dərəcələrində çıxış edən idmançılardan birinin dopinq
testinin müsbət çıxdığını elan edib.
AZƏRTAC Azərbaycan Güləş Federasiyasına istinadla xəbər verir ki, qadağan olunmuş preparatdan istifadə etdiyi aşkarlanan iranlı Puya Rəhmani qazandığı qızıl medaldan məhrum olub. Nəticədə ən ağır çəkidə növbəti yerləri tutanlar müvafiq olaraq bir pillə yüksəliblər. Beləliklə, Ufuk Yılmaz (Türkiyə) qızıl, Mamuka Kordzaya (Gürcüstan) gümüş, güləşçimiz Oyan Nəzəriani isə bürünc medalçı elan olunublar. Qeyd edək ki, O.Nəzəriani yarımfinalda dopinqdən istifadə edən Rəhmaniyə məğlub olmuşdu.
Bununla da ilk Dünya Çimərlik Oyunlarında güləşçilərimizin qazandığı medalların sayı üçə çatıb. Xatırladaq ki, Pənah İlyaslı (70 kq) və İbrahim Yusubov (80 kq) Dohada gümüş medal qazanıb
N | Klublar | O | Q | M | B | T-F | Xal |
---|---|---|---|---|---|---|---|
1 | Qarabağ | 21 | 12 | 2 | 7 | 47-14 | 43 |
2 | NEFTÇİ | 21 | 13 | 5 | 3 | 30-21 | 42 |
3 | Zirə | 21 | 7 | 4 | 10 | 24-21 | 31 |
4 | Sumqayıt | 21 | 7 | 6 | 8 | 25-24 | 29 |
5 | Qəbələ | 21 | 5 | 8 | 8 | 18-29 | 23 |
6 | Səbail | 21 | 4 | 10 | 7 | 19-33 | 19 |
7 | Sabah | 21 | 5 | 12 | 4 | 20-29 | 19 |
8 | Keşlə | 21 | 3 | 9 | 9 | 21-33 | 18 |