» » » “Qarabağ”ın futbolçusunun futbol formasında standartlar pozulduğu üçün klub cərimə olundu

“Qarabağ”ın futbolçusunun futbol formasında standartlar pozulduğu üçün klub cərimə olundu

“Qarabağ”ın futbolçusunun futbol formasında standartlar pozulduğu üçün klub cərimə olunduİntizam Komitəsinin bu gün keçirilən iclasında aşağıdakı qərarlar qəbul olundu.
Premyer Liqanın XVI turunun "Sumqayıt” – "Qarabağ” oyununda "Qarabağ” klubunun 8 nömrəli futbolçusu Uroş Matiç-in futbol formasında standartlar pozulduğu üçün klub 3000 manat cərimə olunur;
XVI turun "Keşlə” – "Zirə” oyununun 61-ci dəqiqəsində "Zirə” klubunun 44 nömrəli futbolçusu Dmitrios Çantakias "aqressiv hərəkətə” görə birbaşa qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanır, klub 1600 manat cərimələnir;
XVI turun "Neftçi” – "Qəbələ” oyununda "Qəbələ” klubunun baş məşqçisi Elmar Baxşıyev ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 800 manat cərimələnir;
"Qəbələ” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub 800 manat cərimə olunur;
I Divizionun XIV turunun MOİK – "Zaqatala” oyununda MOİK klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə olunur;
MOİK – "Zaqatala” oyununda xərəkdaşıyan və topdaşıyan şəxslərin say tərkibi pozulduğu üçün meydan sahibi klub 80 manat cərimə olunur;
"Zaqatala” klubunun qapıçısının geyim formasında qüsur olduğuna görə matç gec başlandığı üçün klub 80 manat cərimə olunur;
XIV turun "Keşlə-2” – "Neftçi-2” oyununda "Keşlə-2” klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə olunur;
"Keşlə-2” klubunun 14 nömrəli futbolçusu Turan Vəlizadə ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 20 manat cərimələnir;
"Keşlə-2” klubunun 90 nömrəli futbolçusu Orxan Fərəcov ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 20 manat cərimələnir;
"Keşlə-2” klubunun qapıçısının geyim formasında qüsur olduğuna görə matç gec başlandığı üçün klub 80 manat cərimə olunur;
"Neftçi-2” klubunun 75 nömrəli futbolçusu Nihad Qurbanlı birbaşa qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 20 manat cərimələnir.
63     
Reklam

Reklam