"Neftçi”nin kapitanı Emin Mahmudov "Qəbələ” ilə oyundan sonra açıqlama
verib. 90+4-cü dəqiqədə rəqib qapısından qələbə topunu keçirən futbolçu təəssüratlarını
klubun rəsmi saytı ilə bölüşüb:
"Bizim üçün çox ağır oyun oldu. Oyuna nəzarət edə bilmirdik, çox top itirirdik. Düzdür, qalib gəldik, amma bundan çox yaxşı oynamalıyıq. Çünki hər matçı xarakterin, mübarizənin hesabına uda bilmərik. Baş məşqçi də bizə dedi ki, daha çox hərəkət edib, bir-birimizə daha çox kömək durmalıyıq. Deməzdim ki, "Qarabağ” üzərində qələbədən sonra "Qəbələ” ilə oyuna psixoloji baxımdan hazırlaşmaq çətin idi. Çünki başa düşürdük ki, çempionluq uğrunda əsas rəqibi məğlub edib, sonra digər rəqiblərlə matçlarda xal itirməyin heç bir bəhanəsi olmayacaq”.