
"Neftçi” Azərbaycan çempionatları tarixində 800-cü ev qolunu vurub. Bu,
Premyer Liqanın XVI turuna təsadüf edib. "Qəbələ” ilə matçdakı yeganə
topun müəllifi Emin Mahmudov yubiley qoluna imza atıb. Bu
qarşılaşmayadak keçirdiyi 400 görüşdə "ağ-qaralar” 799 dəfə
fərqlənmişdi.
800-cü qoluna 401-ci matçda imza atan bakılıların orta
məhsuldarlığı 1,995-ə bərabərdir. "Neftçi” 1992-ci ildən təşkil olunan
yarışın tarixində öz meydanında ən çox qol vuran komandadır.
Qeyd
edək ki, paytaxt təmsilçisinin ilk ev qolunun müəllifi Yunis Hüseynov
olub. O, 1992-ci il mayın 8-də Sumqayıt "Xəzər”i ilə ev qarşılaşmasında
(1:0) həlledici qola imza atıb.