
İllik fəaliyyət planına uyğun olaraq hərbi qulluqçuların döyüş əzminin
artırılması, asudə vaxtlarının səmərəli təşkili məqsədilə Gəncə
Qarnizonu İdeoloji və Mədəniyyət Mərkəzinin təbliğat və təşviqat qrupu
Laçın rayonunda yerləşən hərbi hissələrin şəxsi heyəti ilə tədbirlər
həyata keçirib.
Müdafiə Nazirliyindən Bizim.Media-ya verilən məlumata
görə, görüşlər zamanı "Əsgərə məktub” layihəsi çərçivəsində vətəndaşlar
tərəfindən yazılmış məktublar hərbi qulluqçulara çatdırılıb, şəxsi
heyətə hərbi-vətənpərvərlik mövzusunda filmlər nümayiş etdirilib, eləcə
də səsyayma stansiyası vasitəsi ilə döyüş və hərbi vətənpərvərlik
mahnıları səsləndirilib.