
Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinin yaradılmasının 16-cı ildönümü münasibətilə tədbir keçirilib.
Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən Bizim.Media-ya
verilən məlumata görə, tədbirdə Ermənistanla dövlət sərhədinədək böyük
bir ərazinin azad edilməsi, Ermənistanla dövlət sərhədində strateji
yüksəkliklərin ələ keçirilməsi, Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı
rayonlarının, Hadrut qəsəbəsinin və Şuşa şəhərinin azad olunmasında
Azərbaycan sərhədçilərinin göstərdikləri qəhrəmanlıqlar, "Harop” və
digər zərbəendirici pilotsuz uçuş aparatlarının, sərhəd aviasiyasının
AN-2 təyyarələrinin Azərbaycan sərhədçiləri tərəfindən peşəkar tətbiqi
nəticəsində düşmənə ciddi döyüş itkilərinin vurulması böyük qürur
hissi ilə qeyd olunub.
İşğaldan azad edilmiş dövlət sərhədlərimizin müdafiəsi və mühafizəsi
üzrə zəruri infrastrukturun yaradılması istiqamətində işlərin uğurla
davam etdirilməsi bildirilib.
DSX rəisi general-polkovnik Elçin Quliyevin təbriki şəxsi heyətə
çatdırılıb, böyük şərəf hissilə Azərbaycanın dövlət sərhədlərinin
toxunulmazlığının keşiyində duran dənizçi sərhədçilərin bundan sonra da
xidməti tapşırıqları ən yüksək səviyyədə icra edəcəklərinə əminlik
ifadə olunub.
Tədbirdə xidməti-döyüş fəaliyyətində yüksək nəticələr əldə etmiş bir qrup hərbi qulluqçu təltif edilib.