» » » Amerikalı döyüşçü UFC çempionu titulunu qorudu

Amerikalı döyüşçü UFC çempionu titulunu qorudu

Amerikalı döyüşçü UFC çempionu titulunu qoruduQarışıq döyüş növü üzrə Amerikalı idmançı Kamaru Usman braziliyalı Qilbert Börnsu məğlub edərək UFC turnirində orta ağır çəki üzrə çempion titulunu qoruyub.
Döyüş Las Vegasda (Nevada ştatı) UFC 258 turnirində baş tutub.
K.Usman üçüncü raundda texniki nokaut ilə qalib gəlib. Beləliklə, 33 yaşlı amerikalı idmançı çempionluq kəmərini üçüncü dəfə qorudu.
34 yaşlı Q.Börns altı döyüşdən ibarət qalibiyyət seriyasına son qoyub. Onun hesabında 19 qələbə və dörd məğlubiyyət var.
110     
Reklam

Reklam