
ABŞ-ın Men ştatının Portlənd şəhərinin meri Ketlin M. Snayder 2021-ci
il fevralın 26-nın Xocalı qətliamı qurbanlarının anım günü kimi qeyd
olunmasına dair bəyanat imzalayıb.
Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən Trend-ə
verilən məlumata görə, belə bir bəyanatın imzalanması Men Azərbaycan
Cəmiyyətinin rəhbəri Tərlan Əhmədovun təşəbbüsü ilə baş tutub.
Bəyanatda Xocalı soyqırımının 29-cu ili haqqında yazılıb, qətlə
yetirilən azərbaycanlıların sayı qeyd olunub və faciənin insanlıq
əleyhinə törədilmiş ən böyük qətliamlardan biri olduğu bildirilib.
Diqqətə çatdırılıb ki, Xocalı qətliamı dünyada insanlıq əleyhinə
yönəlmiş cinayətlərdən biridir.
ABŞ-ın Men ştatında belə bir bəyanatın qəbul edilməsi Amerika
azərbaycanlılarının Xocalı soyqırımının ildönümü ərəfəsində ən böyük
uğuru kimi qiymətləndirilə bilər.