
Bu gün UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinə start veriləcək. İlk oyun günündə iki qarşılaşma keçiriləcək.
Həftənin ən maraqla gözlənilən oyunu İspaniyada gerçəkləşəcək.
"Barselona” Fransa çempionu PSJ-ni qəbul edəcək. Hər iki komanda oyuna
ciddi itkilərlə çıxacaq.
Kataloniya təmsilçisinin heyətində Jerar Pike, Serxio Roberto, Martin
Breytueyt, Ansu Fati və Filippe Koutinyonun zədəyə görə oynamayacağı
dəqiqdir.
Paris klubunda isə Kolin Daqba, Neymar və Anxel Di Maria eyni səbəbdən
meydana çıxmayacaq. Rafinyanın isə görüşdə iştirakı sual altındadır.
Günün ikinci qarşılaşmasında İngiltərə "Liverpul"u Almaniya "Leyptsiq"inin qonağı olacaq.
Koronavirusa görə, qarşılaşma Macarıstanın paytaxtı Budapeştdəki "Puşkaş Arena"da oynanılacaq.
Meydan sahiblərində Benyamin Henriks, Konrad Laymer və Emil Forsberq
zədəlidir. Mersisayd təmsilçisində isə Vircil van Deyk, Co Qomes,
Fabinyo, Nabi Keyta və Diequ Jota zədəli olduqları üçün komandalarına
kömək edə bilməyəcək.
Çempionlar Liqası
1/8 final mərhələsi, ilk oyunlar
16 fevral
24:00. "Leyptsiq” (Almaniya) – "Liverpul” (İngiltərə)
24:00. "Barselona” (İspaniya) - PSJ (Fransa)
Qeyd edək ki, 1/8 finalın digər iki oyunu sabah keçiriləcək.
Portu Portuqaliyada İtaliya "Yuventus"unu, "Sevilya" isə İspaniyada
"Almaniya"nın "Borussiya” (Dortmund) komandasını qəbul edəcək.