"Sumqayıt” mövsümdə ilk böyükhesablı qələbəsini qazanıb. Ayxan
Abbasovun yetirmələri Premyer Liqanın XV turunda "Səbail”in qapısından
üç cavabsız top keçirib. "Gənclik şəhəri” təmsilçisi sonuncu dəfə böyük
hesabla 2018/19 mövsümünün II turunda qalib gəlib. Həmin vaxt səfərdə
"Sabah”ı 4:1 hesabı ilə məğlub edən sumqayıtlılar 2018-ci il avqustun
19-dan sonra belə qələbə qazanmamışdı. Bu iki il yarım ərzində komanda
60 görüşdə üç və ya daha artıq top fərqilə qalib gəlməyib.
"Sumqayıt”
öz meydanında 8 ildən sonra böyük hesabla qalib gəlib. 2012/13
mövsümündə "Rəvan”ı 4:1 hesabı ilə məğlub edən komanda 2013-cü il mayın
4-dən sonra belə nəticəyə imza atmamışdı.
N | Klublar | O | Q | M | B | T-F | Xal |
---|---|---|---|---|---|---|---|
1 | NEFTÇİ | 18 | 11 | 4 | 3 | 23-18 | 36 |
2 | Qarabağ | 18 | 10 | 2 | 6 | 42-13 | 36 |
3 | Zirə | 18 | 7 | 3 | 8 | 23-18 | 29 |
4 | Sumqayıt | 18 | 6 | 6 | 6 | 20-21 | 24 |
5 | Qəbələ | 18 | 5 | 7 | 6 | 16-26 | 21 |
6 | Səbail | 18 | 4 | 9 | 5 | 18-28 | 17 |
7 | Keşlə | 18 | 3 | 8 | 7 | 17-27 | 16 |
8 | Sabah | 18 | 4 | 11 | 3 | 18-26 | 15 |