
"Hazırda azərbaycanlı hərbçilər Zəngəzur mahalının (Sünik) Qarazəmi
(Karahunc) kəndindən bir neçə metr aralıdadır və ərazilərin bir hissəsi
də onların nəzarətinə keçir”.
Bu sözləri kənd icmasının rəhbəri Lusin Avetyan deyib.
Xatırladaq ki, bu gün Gorus bələdiyyə sədrinin müavini İrina Yolyan
"Facebook” səhifəsində Xınzirək (Xndzoresk) və Qarazəmi qəsəbələrinin
Ermənistanın sərhəd icmalarına verilən sosial yardım proqramından
kənarda qaldıqları barədə məlumat verib.
Avetyan isə bu qərarı "ağlasığmaz adlandırıb:
"Bu, necə ola bilər? Hazırda sərhədçilər bu kənddə xidmət edirlər. Azərbaycanlılar cəmi bir neçə metr məsafədədir.
Bu anlaşılmazlıq deyilsə, sərt tədbirlər görəcəyik. Kəndimizdən keçən əsas yolu bağlayacağıq”, – deyə o bildirib.