» » » Əsrin ən yaxşı məşqçisi açıqlandı

Əsrin ən yaxşı məşqçisi açıqlandı

XXI əsrin ən yaxşı məşqçilərinin siyahısı açıqlanıb. Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyasının (İFFHS) siyahısına Joze Mourinyo liderlik edir.

Portuqaliyalı mütəxəssis 2001-20-ci illər üçün dünyanın ən yaxşı baş məşqçisidir. Onun 226 xalı var.

İkinci pillədə almaniyalı Yoahim Löv qərarlaşıb. Mütəxəssis bu müddətdə 213 xal toplayıb.

3-cü pilləni şotlandiyalı Aleks Ferqyuson və Pep Qvardiola bölüşür. Hər iki mütəxəssisin 183 xalı var.
73     
Reklam

Reklam