
Azərbaycan şahmatçısı Teymur Rəcəbov dünya çempionu Maqnus Karlsenin
təşkil etdiyi Çempionlar Turunun ümumi reytinq cədvəlində vahid
liderliyi əldən verib. Hazırda 34 yaşlı qrossmeysterin aktivində 108 xal var.
O, "Opera Euro Rapid"in qalibi olan ABŞ təmsilçisi Uesli So ilə eyni xala malikdir. Bu tunirə kimi Rəcəbov şəriksiz lider idi.
Azərbaycan şahmatçısı Çempionlar Turunun yarışlarından 73 500 ABŞ dolları gəlir əldə edib.
Uesli Sonun qazancı 70 000 dollardir. Norveçli dünya çempionu Maqnus
Karlsen 85 xalla üçüncü, ermənistanlı Levon Aronyan isə 65 xalla 4-cü
sıradadır.