
Bu barədə mətbuata açıqlamasında "Sabah” baş məşqiçisi Visente Qomez deyib.
Hadisə "Sabah” komandasının
Azərbaycan Premyer Liqasının XV turunda "Zirə” ilə keçirdiyi bugünkü
görüşündə baş verib.
Sabahın baş məşqiçisi deyib ki, bu gün hər iki komandanın çox az qol fürsətləri var idi.
Xeyrimizə olan hesabı sona qədər saxlaya bilmədik və heç-heçəylə razılaşdıq.
İspaniyalı baş məşqçi zədələndiyi üçün ikinci hissədə əvəzlənən yeni transfer Tiemoko Fofananın durumu barədə də məlumat verib:
"Üzünə dəyən zərbədən sonra Fofananın iki dişi qırılıb. Hazırda xəstəxanadadır. Boyun nahiyəsində də ağrıları var.
Vəziyyətinin nə yerdə olduğunu tam dəqiqliyi ilə tibbi müayinədən sonra biləcəyik. Hətta bu vəziyyətdə oynamaq istəyirdi.
Lakin həkimlə birlikdə qərara gəldik ki, əvəzləyək. Çünki bu tip
ağır zərbədən sonra oyunçunun mübarizəni davam etdirməməsi daha
yaxşıdır”.
Xatırladaq ki, "Sabah” – "Zirə” oyunu 2-2 hesabı ilə başa çatıb.