
İntizam Komitəsinin bu gün keçirilən iclasında aşağıdakı qərarlar qəbul olundu:
Premyer
Liqanın XIV turunun "Zirə” – "Qəbələ” oyununda stadiondakı hesab
tablosu işlək vəziyyətdə olmadığı üçün meydan sahibi klub 800 manat
cərimə olunur;
"Zirə” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunur;
"Qəbələ” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunur;
XIV
turun "Səbail” – "Neftçi” oyununda "Neftçi” klubunun 5 futbolçusu sarı
vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunur;
XIV turun
"Keşlə” – "Sumqayıt” oyununun 38-ci dəqiqəsində "Keşlə” klubunun 22
nömrəli futbolçusu Elçin Mustafayev "sonuncu ümid folu”na görə birbaşa
qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun
cəzalanır, klub 200 manat cərimə olunur.