
Beynəlxalq Kann Film Festivalı yenidən təxirə salınıb.
2021-ci il mayın 11-dən 22-dək
planlaşdırılmış Beynəlxalq Kann Film Festivalının vaxtı dəyişdirilib.
Festivalın təşkilatçıları Beynəlxalq
Kann Film Festivalının cari ildə iyulun 6-dan 17-dək keçiriləcəyinə dair
məlumat yayıblar. Beləliklə, filmsevərlər Kann Festivalını iyul ayında
izləyə biləcəklər.
Xatırladaq ki, 2020-ci ildə COVID-19
pandemiyasına görə dünyada ən nüfuzlu festival hesab olunan Kann Film
Festivalı ləğv edilib.