
"Milan”ın hücumçusu Zlatan İbrahimoviç İtaliya kubokunun 1/4 final
mərhələsində "İnter”lə keçirilən oyunda qırmızı vərəqə aldığı üçün üzr
istəyib.
Premyer.az xəbər verir ki, bunu "rossonyerlər”in baş məşqçisi Stefano Pioli deyib.
Çalışdırıcı bildirib ki, qarşılaşmanın 58-ci dəqiqəsində rəqibin
hücumçusu Romelu Lukaku ilə mübahisəyə görə qırmızı vərəqə alan 40 yaşlı
forvard atdığı addımdan peşmandır: "Zlatan üzr istəyir. Bunu böyük
çempion edə bilər. O da böyük çempion kimi hərəkət edir”.