Mehriban Əliyeva yenidən Azərbaycan Gimnastika Federasiyasının prezidenti seçilib
Azərbaycan Birinci Vitse-prezidenti Mehriban Əliyeva yenidən
Azərbaycan Gimnastika Federasiyasının prezidenti və İcra Komitəsinin
sədri seçilib.
Premyer saytı xəbər verir ki, bu barədə Azərbaycan Gimnastika Federasiyası məlumat yayıb.
Bildirilib ki, 11-ci Ümumi Yığıncaq və İcra Komitəsinin 37-ci iclası
çərçivəsində baş tutan səsvermənin yekununa əsasən Mehriban Əliyeva
növbəti 5 ildə federasiyaya rəhbərlik edəcək.