» » » Braziliya futbolçuları təyyarə qəzasında həlak oldu

Braziliya futbolçuları təyyarə qəzasında həlak oldu

Braziliyanın Portu-Nasiunal (Tokantis ştatı) şəhərində təyyarə qəzası baş verib.

Hadisə zamanı təyyarədə pilotdan başqa, Braziliyanın dördüncü divizionunun klubu "Palmas”ın prezidenti və dörd futbolçusu olub. Onların hamısı qəza zamanı həlak olublar.

Qeyd edilir ki, təyyarə səmaya qalxdıqdan dərhal sonra uçuş zolağı yaxınlığında qəzaya uğrayıb.

"Palmas" həlak olanların yaxınlarına və doğmalarına başsağlığı verib. Komanda sabah səfərdə "Vila-Nova” klubuna qarşı oynamalı idi.
54     
Reklam

Reklam