» » » Azərbaycan millisinin futbolçusu Niderland klubunda debüt etdi

Azərbaycan millisinin futbolçusu Niderland klubunda debüt etdi

Azərbaycan millisinin futbolçusu Niderland klubunda debüt etdiAzərbaycan millisinin futbolçusu Ozan Can Kökçünün Niderlandın "Telstar" klubunda debütü gerçəkləşib.

Premyer.az xəbər verir ki, 23 yaşlı yarımmüdafiəçi I Divizionunun XXI turunda AZ klubunun əvəzedici komandası ilə görüşdə iştirak edib.

Kökçü 67-ci dəqiqədə meydana daxil olub. Qarşılaşma 2:2 hesablı bərabərliklə bitib.

"Telstar" 21 oyundan sonra 32 xalla 8-ci pillədə qərarlaşıb.

Qeyd edək ki, "Sabah" klubu Ozan Can Kökçünu "Telstar"a mövsümün sonunadək icarəyə verib.
54     
Reklam

Reklam