
"Neftçi” qış fasiləsindən
sonra Premyer Liqada ilk oyununu keçirib. Komandamız 14-cü turda "Səbail”i 3:1
hesabı ilə məğlub edib. Hesabı Əfran İsmayılovun 28-ci dəqiqədə yerinə
yetirdiyi penalti zərbəsi ilə rəqib açsa da, flaqman ilk hissəsinin sonunda
Sabir Buqrinin möhtəşəm qolu ilə hesabı bərabərləşdirib. Emin Mahmudovun 51-ci,
Buqrinin 90-cı dəqiqədə vurduğu qollar isə komandamıza inamlı qələbə
qazandırıb.
"Neftçi”: 30.Aqil Məmmədov,
3.Mamadu Mbodj, 6.Voislav Stankoviç, 8.Emin Mahmudov (K), 17.Bruno Teluşi, 19.Fəhmin
Muradbəyli (26.Ömər Buludov, 73/56.Elton Əlibəyli, 90+6), 20.Mert Çelik, 22.Mirabdulla
Abbasov (72.Emin Zamanov, 88), 29.Sabir Buqrin, 36.Mamadu Kane, 91.Tallison
Dias.
Ehtiyat oyunçular:
1.Səlahət Ağayev, 12.Kamran İbrahimov, 4.Rener Alves De Souza, 5.Anton
Krivotsyuk, 10.Saman Nərimancahan, 28.Stiven Jozef-Monroz, 37.Vüsal Əsgərov, 70.Asim
Əlizadə, 80.İsmayıl Zülfüqarlı.
Qeyd edək ki, "Neftçi” bu
qələbədən sonra 27 xalla liderliyini davam etdirir.