» » » “Xarı bülbül” festivalının təşkili üçün Polad Bülbüloğlu və Fərhad Bədəlbəyli Şuşaya gedəcək

“Xarı bülbül” festivalının təşkili üçün Polad Bülbüloğlu və Fərhad Bədəlbəyli Şuşaya gedəcək

“Xarı bülbül” festivalının təşkili üçün Polad Bülbüloğlu və Fərhad Bədəlbəyli Şuşaya gedəcək"Yaxın günlərdə Polad Bülbüloğlu ilə "Xarı bülbül” festivalının proqramını müzakirə etmək üçün Şuşaya gedəcəyik”. 

Premyer.az bildirir ki, bu fikirləri Bizim.Media-ya açıqlamasında Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru xalq artisti Fərhad Bədəlbəyli  deyib.

Onun sözlərinə görə, tədbir qapalı və açıq məkanlarda baş tutacaq:

"Düşünürəm ki, musiqi bayramının repertuarında muğam, xalq çalğı alətlərindən başqa sinfonik orkestrə, klassiklərimizin yaradıcılığına yer veriləcək. Qara Qarayev, Niyazi, Səid Rüstəmov kimi dünya şöhrətli bəstəkarlarımızın əsərləri səslənəcək”. 

F. Bədəlbəylinin fikrincə, festivalı ancaq açıq havada keçirmək əlverişli deyil:

"Çünki Şuşa dağlıq yerdir, başı həmişə dumanlı və çiskinli olur. Qəbələdə festival keçirəndə qeyri-sabit hava şəraiti ilə üz-üzə qalırdıq. Şuşaya gəlincə isə proqramın  necə olacağına dair əraziyə baxandan  sonra qərar verəcəyik. Əlbəttə ki, festivalın Cıdır düzündə olmasının ləzzəti başqadır. Gələn qonaqlar üçün şərait yaratmaq lazımdır ki, onlar rahat şəkildə festivalı izləsinlər”. 

Xalq artisti, xanəndə Mənsum İbrahimov hesab edir ki, Şuşanın əvvəlki şöhrətini özünə qaytarmaq üçün bu festivalın keçirilməsi gözəl bir təşəbbüsdür: 

"Dünyanın istənilən ölkəsindən insanlar bura axın edəcəklər. Zamanında bu festival Şuşada Cıdır düzündə möhtəşəm  səviyyədə təşkil olunub. İndi də bir çox ölkələrdən ifaçılar dəvət olunacaq.

"Burada qalib xalqın simvolları, elementləri festivalın proqramını bəzəyəcək. Tərtibatın yaradılmasında da vətənpərvərlik  mövzusuna geniş yer verilməlidir”.
123     
Reklam

Reklam