
Fevralın 1-dən 12-dək Türkiyə ilə Azərbaycan ordusu arasında ortaq hərbi təlimlər keçiriləcək.
Bu barədə Türkiyə Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib
ki, "Qış-2021 Türkiyə-Azərbaycan Taboru Kombinə Edilmiş Birgə Vəzifə
Gücü Təlimi"nə qatılacaq Azərbaycanlı hərbçilər artıq Qarsa gediblər.
"Qarabağda
Ermənistan Ordusuna qarşı böyük bir qələbə qazanan qardaşlarımızı
qürurla qarşılayırıq. "Bir millət, iki dövlət" anlayışımızla "bir ürək,
bir bilək, bir yumruq" kimi birləşərək, fəaliyyətlərimizə davam
edəcəyik!” - deyə məlumatda bildirilib.