
"Xocalı rayonunun Sığnaq kəndi. Burada da Azərbaycan-Türkiyə bayraqları və yolu inşa edən Türkiyə şirkətinin bayrağı asılıb”.
APA-nın
məlumatına görə, bunu Azərbaycan Prezidenti İlham Əliyev Şuşaya səfəri
zamanı Xocalı rayonunun Sığnaq kəndindən keçərkən deyib.
Prezident
İlham Əliyev yolun kənarında Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla
birgə asılan fotolarına da diqqət yetirib: "İki qardaş”.
Dövlət
başçısı bildirib ki, Sığnaq və Çanaqçı kəndlərinin azad edilməsi Şuşa
əməliyyatı üçün xüsusi əhəmiyyət daşıyıb: "Ordumuz böyük qəhrəmanlıq
göstərib, bu kəndləri işğalçılardan azad edib. Bundan sonra da istiqamət
Daşaltı kəndidir, ondan sonra da Şuşa.
Xocalı
rayonu, istiqamət Şuşa şəhəri. Gözəl mənzərə açılır. Həm sağ tərəfdə,
həm sol tərəfdə. Hər tərəf yaşıl, dağlar meşələr. Dağların başında qar,
hava da günəşlidir. Qabaqda da çox gözəl mənzərə açılır. Şuşaya
yaxınlaşırıq. Bax, necə də gözəl, Şuşaya çatırıq.
Şuşa lap yaxındır. Dağın başında. Yol boyunca da günəş bizi müşayiət edir. Bu da təbiidir. Təbiət də bizi alqışlayır”.
Qeyd edək ki, Birinci xanım Mehriban Əliyeva Şuşa şəhərinə səfərdən video-paylaşımlar edib.