"Səbail" daha bir şimali makedoniyalı futbolçu transfer edir.
Bu ölkə mətbuatının məlumatına görə, "Vardar" klubunda çıxış edən Boyan
Naydenovun karyerasını Azərbaycanda davam etdirmək variantı yaranıb.
Bildirilir ki, hazırda bir neçə komanda bu 30 yaşlı yarımmüdafiəçi
ilə maraqlansa da, onun məhz "dənizçilər"lə müqavilə bağlamaq ehtimalı
yüksəkdi.