
Bu gün "Neftçi” PFK-nın
Müşahidə Şurasının onlayn şəkildə iclası keçirilib. Əvvəlcə gündəlikdə duran
məsələlər haqqında məlumat verilib. Daha sonra klub rəhbərliyi üzvlərə ötən
mövsümdə görülən işlər, maliyyə göstəriciləri və nəticələr haqqında hesabat təqdim
edib. Həmçinin yeni futbol ili ilə bağlı planlar və görüləcək işlər haqqında da
danışılıb.
Üzvlər görülən işləri
qənaətbəxşt hesab edib və yeni mövsümlə bağlı fikirlərini səsləndirib. İclasın
sonunda əsas komandanın baş məşqçisi məsələsi müzakirəyə çıxarılıb. Yanvar
ayından baş məşqçi vəzifəsini müvəqqəti icra edən Füzuli Məmmədovun namizədliyi
təsdiqlənib. Ona və komandaya yeni mövsümdə uğurlar arzulanıb.