
"Neftçi” PFK baş məşqçi
Füzuli Məmmədovla yeni müqavilə bağlayıb. Müşahidə Şurasının bu gün onlayn
şəkildə keçirilmiş iclasında Məmmədovun baş məşqçi postuna namizədliyi
təsdiqlənib. Mütəxəssisin daha 2 il əsas komandanı çalışdırması haqqında qərar verilib.
Qeyd edək ki, 2018-ci ildə baş məşqçinin köməkçisi
vəzifəsinə təyin olunmuş Füzuli Məmmədov 2020-ci ilin yanvarından baş məşqçi
səlahiyyətlərini yerinə yetirir. Komanda onun rəhbərliyi altında ötən
mövsümü 2-ci pillədə başa vuraraq gümüş medal qazanıb.