
Qısa karyerası ərzində öz istedadı ilə ad çıxaran bu futbolçu ölümü ilə
hər kəsi yasa boğdu. Yaşıl meydanlarda top qovduğu dönəmdə onun adı Zaur
Tağızadə, Emin İmaməliyev, Avtandil Hacıyev və digərləri ilə yanaşı
çəkilirdi. Ancaq necə deyərlər, sən saydığını say, gör fələk nə sayır.
Fələk isə onun arzusunu 29 yaşında gözündə qoydu. Sportfm.az-ın baş
redaktoru Araz Əhmədov bu dəfə faciəvi şəkildə dünyasını dəyişən Səbuhi
Sadiqovun həyatına həsr edilən videosüjet hazırlayıb.