
Karantin dövründə ev şəraitində məşqlərini davam etdirən futbolçulardan biri
də, hücumçu Sergey Markelovdur. Tailandda legioner həyatı yaşadıqdan sonra
Azərbaycana qayıdan 25 yaşlı perspektivli futbolçu, ölkəmizdə də bir sıra
klubların şərəfini qoruyub.
Premyer.az saytına müsahibəsində, Sergey, günlük məşqlərini ara vermədən
davam etdirdiyini, hal-hazırda əla fiziki formada olduğunu və karantin
bitdikdən sonra futbolçu karyerasının yenidən ölkə xaricində davam etdirə
biləcəyini də bildirib.
Rauf İskəndərov /
Premyer.az