
Futbol üzrə Azərbaycan Millisinin qapıçısı Emil Balayev #beyondthemask adlı dunya trendinə qoşulub.
Premyer.az bildirir ki, dünyaca
məşhur futbol ulduzları kimi o da, öz Instaqram səhifəsində həmrəylik
mənası ifadə edən, üzərində Azərbaycan bayrağının əks olunduğu, qoruyucu tibbi maska ilə
şəkilini paylaşıb.
Qeyd edək ki, indiyə kimi bu trendə Kriştiano Ronaldo, Buffon və digər məhşur simalar qoşulub.
Onlar
bununla da hər kəsi maska taxaraq sağlamlığını qorumağa səsləyir, bu
çətin vaxtlarda bir-birimizə dəstək olaraq bu bəladan qurtaraq kimi
şüarları təbliğ etməyə çalışırlar.
Rauf İskəndərov / Premyer.az