
Futbolçular da müqəddəs hesab edilən qanvermə aksiyasında fəaldırlar.
Premyer.az xəbər verir ki, çox
qürurvericidir ki, futbol üzrə Azərbaycan Milli Komandasının və "Qarabağ"
futbol klubunun müdafiəçisi, fəxrimiz Qara Qarayev də qanvermə
aksiyasına qoşulub.
Qanvermə zamanı çəkdiyi şəkilləri və videonu
da öz İnstaqram hesabında paylaşaraq bütün izləyicilərini, milyonları
qan verməyə, Koronavirus səbəbilə Qan bankında yaranan qan qıtlığının
aradan qaldırılması üçün hər kəsi həmrəy olmağa səsləyib.
İdmançılar
arasında bu təşəbbüsü qaldıran Milli Məclisin vitse-spikeri Adil Əliyev
cənablarına və bu ağır günlərdə həmrəy olduqları üçün, bütün
idmançılarımıza minnətdarlığımızı bildiririk.