Region Liqası, V tur: Eşqin Tağıyevin ("Şamaxı" FK) möhtəşəm qolu! VİDEO
Daha öncə də xəbər verdiyimiz kimi, dünən Region Liqasının V turu çərçivəsində 9 oyun baş tutub.
Mərkəz Zonasında "Şamaxı" komandası Saatlıda "Araz" komandasının qonağı olub. 5 qolun vurulduğu qarşılaşmada şamaxılılar 3:2 hesablı qələbəyə sevinib. Komandanın heyətində Elnur Mustafazadə, Cavid Nuriyev və Eşqin Tağıyev fərqləniblər.
Premyer.az vurulan bütün qolları, o cümlədən Eşqin Tağıyevin vurduğu möhtəşəm qolun video yazısını təqdim edir.