Region Liqası, I tur: Şamaxıda futbol bayramı! FOTOLAR, VİDEO
AFFA-nın təşkil etdiyi Region Liqasının 2019/2020-ci il mövsümünün birinci turu çərçivəsində dünən Şamaxı Olimpiya İdman Kompleksinin meydanında "Şamaxı” və "İmişli” komandaları qarşılaşıb.
Təxminən 1000 nəfərə yaxın azarkeşin trubunadan seyr etdiyi qarşılaşmanı AFFA-nın baş katibi Elxan Məmmədov, Şamaxı rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov, AFFA İcraiyyə Komitəsinin üzvü, Regional Futbol Federasiyaları İctimai Birliyinin prezidenti İsgəndər Cavadov da izləyib.
Qarşılaşma 1:0 hesabı ilə "Şamaxı” komandasının xeyrinə yekunlaşıb. Qələbə qolunu penaltidən Cavid Heydərov vurub.
Premyer.az qələbə qolunun videosunu oxucuların diqqətinə çatdırır: