
Premyer.az BFL - Bakı Futbol Liqasının 2019/2020-ci illər mövsümünün Reqlamentini (Əsasnaməsini) oxucularımızın diqqətinə çatdırır.
Qeyd edək ki, ötün mövsümlə müqayisədə, Reqalamentdə bəzi dəyişikliklər edilib.
Rauf İskəndərov / Premyer.az
BAKI
FUTBOL LİQASI
2019-2020
R E Q L A M E N T
Qeyd: BFL-in iştirakçısı kimi qeydiyyatdan keçən
komandaların bütün üzvləri Reqlamenti oxumuş, bütün qaydaları, şərtləri qəbul etmiş
sayılır. Bununla yanaşı bütün öhdəliklərin yerinə yetirilməsi və nizam-intizam
qaydalarına riayət edilməsi ilə bağlı Azərbaycan Respublikasının qanunvericiliyi
qarşısında məsuliyyət daşıyır.
1.
Məqsəd və prinsiplər.
1.1. "Bakı Futbol Liqası”nın
yarışları aşağıdakı məqsədlərlə keçirilir:
a)
Gənclərin sistematik olaraq kütləvi şəkildə idman və fiziki tərbiyəyə cəlb
edilməsi;
b)
Gənc nəslin sağlam həyat tərzinə cəlbi, hüquq pozuntularının profilaktikası;
c)
Futbolun inkişafı və populyarlaşdırılması;
d)
Həvəskarlara xəyallarını qurduqları səviyyədə yüksək və peşəkar şəkildə xidmətin
göstərilməsi;
e)
Ölkədə ən yaxşı həvəskar komandaların müəyyənləşdirilməsi.
1.2. BFL üzvləri öz
komandalarının heyətlərində BFL tərəfindən keçirilən bütün yarışlarda iştirak
edirlər və burada maddi bağlılıq əsas tutulmur.
1.3. BFL-in bütün yarışları
BFL-in "Futbol oyun qaydaları”nda ətraflı şəkildə verilmiş qaydalar əsasında
keçirilir.
2.
BFL rəhbərliyi.
2.1. BFL-in ümumi rəhbərliyini
BFL direktoru və Liqa şurası təşkil edir.
2.2. Liqa şurasına liqa
koordinatoru başçılıq edir. Liqa şurası çempionatın start ərəfəsində komanda
kapitanlarının iştirakı ilə mövsümdə mütləq bir dəfə iclas keçirir, həmçinin
iclasa ehtiyac olduğu təqdirdə əlavə görüşlər keçirilir.
2.3. BFL və Liqa şurası tərəfindən
verilən bütün qərarlar hüquqi qüvvəyə malikdir.
3.
BFL-in daxili yarışları.
3.1. BFL-in daxili yarışları
aşağıdakılardır:
a) BFL
Liqası;
b) BFL
Kuboku;
c) BFL
Superkuboku.
3.2. Liqa bir neçə divizion
üzrə (Premyer Liqa, Birinci Divizion və s.) keçirilə bilər.
3.3. BFL Kuboku "play-off”
sistemi üzrə keçirilir.
3.4. BFL Superkuboku təkli
final oyunu ilə keçirilir.
4.
BFL Liqası.
4.1. Liqa "qrup” + "play-off” sistemi üzrə keçirilir.
4.2. Komandalar püşkatma ilə qruplara
bölünürlər (A qrupu, B qrupu və s.).
4.2.1. Qrup mərhələsi dairəvi
sistem (ev/səfər) üzrə keçirilir.
4.2.2. Qrup mərhələsini hər
qrupda ilk 4 sırada bitirən komandalar "play-off” mərhələsinə vəsiqə qazanır.
4.3.
"Play-off” mərhələsində cütlüklərin necə formalaşacağı aşağıda göstərilmişdir:
§
A
qrupunun birincisi – B qrupunun dördüncüsü
§
A
qrupunun ikincisi – B qrupunun üçüncüsü
§
A
qrupunun üçüncüsü – B qrupunun ikincisi
§
A
qrupunun dördüncüsü – B qrupunun birincisi
4.3.1.
"Play-off” mərhələsi ev/səfər olmaqla iki oyundan ibarətdir.
4.3.2.
Final görüşü tək matçdan ibarətdir və qalib komanda BFL-in çempionu hesab
olunur. BFL-in qalibi Dünya Çempionatında iştirak etmə haqqı qazanır.
4.4. Çempion
komanda "Continental Football League”də çıxış etməkdən imtina edərsə, başqa
komanda bütün maddi xərclərini özü ödəməklə BFL tərəfindən "CFL”ə vəsiqə ala
bilər.
4.5.
Oyunçuların qrup mərhələsində aldıqları vərəqələrə görə cəzalar, yəni sarı vərəqə
limiti (1 oyun), ikinci sarı vərəqədən qırmızı
vərəqə (1 oyun) və biraşa qırmızı vərəqəyə görə (2 oyun) cəzalar
"play-off” mərhələsinin oyunlarına şamil
edilmir.
4.5.1. Əgər
oyunçu 4.4. bəndində qeyd olunan cəzalarla
yanaşı BFL Nizam-İntizam Komitəsi tərəfindən əlavə cəza alıbsa (məsələn,
birbaşa qırmızı vərəqə ilə qovulma və oyunçunun intizamsız davranışlarına görə
NİK tərəfindən cəzanın əlavə 3 oyun artırılması, nəticədə oyunçunun 5 oyunluq cəzalanması),
oyunçunun vərəqəyə aid olan cəzası "play-off” mərhələsinə şamil edilmir. Lakin NİK
tərəfindən intizamsızlığa görə verilmiş 3 oyunluq cəza "play-off” mərhələsində
də qüvvədə qalır.
5.
Xalın hesablanma qaydası.
5.1. Oyunun
nəticəsi oyunun hakimi tərəfindən qeyd edilmiş və BFL-in koordinatoruna təhvil
verilmiş protokol əsasında təyin olunur.
5.2. Oyunun nəticəsindən asılı olaraq, komandalara xallar aşağıdakı
kimi hesablanır:
а)
qələbəyə görə - 3 (üç) xal:
b) heç-heçəyə görə - 1 (bir) xal:
c) məğlubiyyətə görə - 0 (sıfır) xal.
5.3. Komandaya
oyuna gəlmədiyinə görə 0-3 hesabı ilə texniki məğlubiyyət verilir. Müvafiq
olaraq rəqib komandaya 3-0 hesablı texniki qələbə hesablanır.
6.
Komandaların liqada tutduğu yerlərin
müəyyən edilməsi və "play-off” sistemi.
6.1. Bakı Futbol Liqasında komandaların
turnir cədvəlindəki sıralaması aşağıdakı ardıcıllıqla müəyyən olunur:
6.1.1. Mövsüm ərzində ən çox toplanılan xala görə;
6.1.2. Mövsüm üzrə bütün oyunlarda
ən çox qazanılmış qələbə sayına görə;
6.1.3. Bütün oyunlarda vurulmuş və
buraxılmış topların fərqinə görə;
6.1.4. Bütün oyunlarda daha çox
vurulmuş qolların sayına görə;
6.1.5. Bütün oyunlarda daha az buraxılmış qolların
sayına görə;
6.1.6. Bütün oyunlarda daha az sarı vərəqələrin
sayına görə;
[r1] 6.1.7. Bütün oyunlarda daha az qırmızı vərəqələrin sayına
görə;
6.1.8. Yuxarıdakı bəndlərə əsasən komandaların mövqelərinin
təyin olunması mümkün olmazsa, həmin komandalar arasında oynanılan oyunlara
baxılır.
6.1.8.1. Öz aralarındakı oyunlarda ən çox toplanılan xala görə;
6.1.8.2. Öz aralarındakı oyunlarda vurulmuş və buraxılmış
qolların fərqinə görə;
6.1.8.3. Öz aralarındakı oyunlarda daha çox vurulmuş qolların
sayına görə;
6.1.8.4. Öz aralarındakı oyunlarda daha az buraxılmış qolların
sayına görə;
6.1.8.5. Öz aralarındakı oyunlarda daha az sarı vərəqələrin
sayına görə;
6.1.8.6. Öz aralarındakı oyunlarda daha az qırmızı vərəqələrin
sayına görə;
6.2. "Play-off” mərhələsində
komandaların bir-biri ilə qarşılaşma qrafiki püşkatma mərasimində açıqlanacaq
və növbəti mərhələlərdə sxem üzrə hərəkət ediləcək.
6.2.1. "Play-off” mərhələsində səfər qolları nəzərə alınır.
6.2.2. Səfər qolları nəzərə alınmaqla ümumi
hesabda bərabərlik olarsa, hər hissəsi 10 dəqiqə olmaqla 2 hissədən ibarət "əlavə vaxt” (extra time) oynanılır.
6.2.3. "Əlavə vaxt”dan sonra bərabərlik pozulmasa, hər
komanda 5 penalti zərbəsi yerinə
yetirir. Ümumlikdə 10 zərbədən sonra qalib müəyyənləşməsə, hər komanda növbə
ilə penalti zərbələrinə davam edir. Penalti zərbələrində üstünlüyünü təmin edən
komanda oyunun qalibi hesab olunur.
6.3. Mövsümün çempionu və ölkəmizi dünya çempionatında
təmsil etməyə haqq qazanacaq komandanı final görüşü müəyyənləşdirəcək.
7.
BFL Kuboku
– "BFL CUP”.
7.1. ”BFL CUP”
təşkilat komitəsinin qərarı ilə mövsümün ortalarında və ya liqa bitəndən sonra
keçirilə bilər.
7.2. Liqada ümumi komanda sayı 24-dən az olduğu təqdirdə
təşkilat komitəsinin qərarı ilə kubok oyunları liqa oyunları ilə eyni mövsümdə
keçirilə bilər (məsələn, Topaz Premyer Liqası və Azərbaycan Kuboku yarışlarının
təşkili kimi).
7.3. Cari mövsümdə liqa
oyunlarında çıxış edən, eyni zamanda liqada qeydiyyatdan keçməyən, lakin "BFL
CUP”a qatılmaq istəyən komandalar müraciət edə bilərlər.
7.4. Kubok oyunları təşkilat komitəsinin qərarı əsasında
"play-off” sistemi və "ev/səfər” prinsipi ilə keçirilə bilər.
7.5. "BFL CUP”ın çempionu yeni mövsüm öncəsi Liqanın
çempionu ilə "BFL Super Cup”da qarşı-qarşıya gələcək.
8.
BFL
Superkuboku.
8.1. BFL
Superkuboku hər mövsümün əvvəlində öncəki mövsümün liqa və kubok
yarışlarının qaliblərinin qarşı-qarşıya gəldiyi tək matçdan ibarət oyundur.
Superkubokun qalibi Dünya Çempionatında iştirak haqqı əldə etmir.
9.
İştirak üçün sifariş anketi və təqdim edilmə
tarixləri.
9.1. Bakı Futbol Liqasının yarışlarında iştirak etmək
üçün sifariş anketi reqlament çərçivəsində və qeyd olunmuş tarixlərdə, boş yer
mövcud olduğu halda qəbul olunur. Sifariş anketinin qəbulu mövcud forma əsasında
aparılır.
9.2. Sifariş anketində komanda kapitanı və
vitse-kapitanı, baş məşqçisi (varsa) mütləq qeyd olunmalıdır.
9.3. BFL ilə bağlı bütün məsələlərdə kapitanın
olmadığı təqdirdə vitse-kapitan komandasına, eləcə də komanda üzvlərinin hərəkətlərinə
cavabdehdir.
10.
Bakı Futbol Liqasının cari mövsümündə iştirak şərtləri.
10.1. İştirak etmək üçün düzgün və vaxtında müraciət
edilməlidir.
10.2. Komandanın adının
və loqosunun olması mütləqdir.
10.3. Komanda vahid
formasını (futbol köynəyi, şortu, corabı) təqdim etməlidir.
10.3.1. Forma nömrələrinin
olması mütləqdir.
10.4. Komanda minimum 10, maksimum 20 oyunçunu
qeydiyyatdan keçirə bilər.
10.4.1. Oyun protokolunda maksimum 16 oyunçu, baş məşqçi, həkim və inzibatçı qeyd edilə bilər.
10.4.2.
Protokolda
adı qeyd edilməyən şəxslərin texniki zonada qalması qadağandır.
10.5. Komanda təqdim edilən bütün maliyyə tələbləri ilə
razılaşmalı, iştirak haqqını vaxtında ödəməlidir.
10.6. Komandanın hər bir üzvü öz sağlamlığına
cavabdehdir. Hər hansı maddi və mənəvi zərərə görə BFL-in heç bir halda məsuliyyət
daşımadığını qəbul etməlidirlər.
10.7. Komanda kapitanı (və ya vitse-kapitan) müqaviləni imzalamaqla,
BFL-in ümumi idman prinsiplərini və obyektiv idarəçiliyini öndə tutduğunu, buna
görə qurumun daim haqlı sayıldığını, BFL ilə aralarında yaranacaq hər hansı anlaşılmazlıq
və ya konfliktə görə Azərbaycan Respulikası Qanunvericiliyi qarşısında məsuliyyət
daşıdığını qəbul etməlidir.
10.8. Hazırda
peşəkar liqalarda (Futbol üzrə Premyer Liqa, Futbol üzrə 1-ci Divizion, Futzal
üzrə Yüksək Liqa) oynayan oyunçuların BFL-də iştirak qadağandır.
10.9. Peşəkar karyerasını yenicə bitirmiş oyunçular 1 (bir) il keçdikdən sonra (birinci
turun ilk gününə qədər) BFL-də iştirak edə bilərlər. Eyni zamanda bu 1 il müddəti
hər hansı transfer pəncərəsinə qədərki müddəti əhatə edir. Belə ki, peşəkar
karyerasını yenicə bitirmiş oyunçular BFL-in "Qış transfer pəncərəsi”nə qədər 1
illik müddəti tamamladıqları halda yanvarda hər hansı komandaya qoşula bilərlər.
10.9.1. Peşəkar karyerasını yenicə bitirmiş və cari
mövsümün ilk turuna qədər 1 illik müddəti tamam olmayan oyunçulardan hər
komandada yalnız bir nəfər mübarizə
apara biləcək.
11.
Oyunçuların yoxlanılması.
11.1. BFL oyunçuların tələblərə və qaydalara uyğun
olub-olmadığını ("lipa” və digər məsələlərə görə) cari mövsümün ilk turuna qədər
yoxlayacaq.
11.1.1. Hər hansı səbəbdən oyunçuların yoxlanma prosesi gecikərsə,
o zaman sonradan "lipa” çıxacaq oyunçulara görə komandanın kapitanı məsuliyyət
daşıyır. Kapitan oyunçusunun tələblərə cavab verib-verməməsi ilə bağlı şübhə
duyarsa, həmin oyunçunu məsələ aydınlaşana qədər oynatmamalıdır. Əks təqdirdə
oyunçunun oynadığı oyunlar texniki məğlubiyyət
sayılacaq.
11.2.
"Lipa” ilə
bağlı müraciətlərdə aşağıdakılar nəzərə alınmalıdır:
11.2.1. Oyunçunun peşəkar liqalarda qeydiyyatdan keçməsinə
və bu liqalarda çıxış etməsinə dair sənəd (rəsmi lisenziyanın olması, oyun
protokolu və s.) təqdim edilməlidir.
11.2.2.
Oyunçunun peşəkar
liqalarda oynaması foto və video materiallarla BFL-ə təqdim olunduğu təqdirdə təşkilati
heyət oyunçu barədə araşdırmalar aparır. Yoxlamalar nəticəsində oyunçunun rəsmi şəkildə peşəkar lisenziyaya sahib
olduğu sübut olunmazsa (qeyri-rəsmi yollarla peşəkar liqada oynayıbsa),
"lipa” sayılmır.
11.3. Hər hansı
iştirakçı digər komandada "lipa”nın olması ilə bağlı yalnız mövsümün ilk turundan etibarən 1 ay müddətində BFL-ə
müraciət edə bilər. Bu müddət ərzində oyunçunun "lipa” olması sübut olunarsa,
oyunçu liqadan kənarlaşdırılır və komandasına həmin oyunçunun oynadığı oyunlarda
texniki məğlubiyyət verilir.
11.4. 1 aylıq
müddətdən sonra hər hansı komandada "lipa” olması ilə bağlı şikayət gələrsə,
BFL məsələni araşdırdıqdan sonra şikayətin əsaslı olması sübut olunduğu təqdirdə
oyunçu liqadan kənarlaşdırılır, lakin komandasından xal silinmir.
12.
Cərimələr.
12.1. Hər hansı komandanın heyətində hal-hazırda peşəkar
liqalarda (Futbol üzrə Premyer Liqa, Futbol üzrə 1-ci Divizion, Futzal üzrə
Yüksək Liqa) iştirak edən oyunçu aşkarlanarsa, həmin oyunçunun meydanda mübarizə apardığı bütün
oyunlarda komandasına texniki məğlubiyyət
veriləcək və oyunçu BFL-in cari mövsümündən xaric olunacaq.
12.1.1. BFL-in tələblərinə cavab verməyən oyunçu oyunun
protokoluna yazılsa da, meydana çıxmayıbsa, bu zaman komandaya heç bir cəza nəzərdə
tutulmur. Lakin, belə hallar həmin komandada təkrarlanarsa, İntizam Komitəsi tərəfindən
komanda ilə bağlı lazımi tədbirlər görüləcək.
13.
Yarışların keçirilmə reqlamenti.
13.1. Bütün şərtləri vaxtında yerinə yetirən komandalar
liqada iştirak hüququ əldə edir.
13.2. Bütün komandalar üçün oyunların başlama vaxtı göstərilən
təqvimdə tərtib olunur və komandalara təqdim edilir.
13.3. Oyunlar həftənin bazar günləri keçirilir. İstisna hallarda
(əlverişsiz hava şəraiti və s.) oyun vaxtlarının dəyişdirilməsi ilə bağlı
birtərəfli olaraq BFL qərar verir.
13.4. Bütün oyunlar cədvəldə göstərilən meydanda keçirilir.
13.5. Bütün oyunların nəticələri hakimlər tərəfindən, liqa
koordinatoruna oyundan sonra hakimlər otağında oyun protokollarının ötürülməsi
ilə elan edilir.
13.6. Matçın rəsmi nəticəsi hakim tərəfindən verilmiş nəticə
sayılır.
13.7.Komandaların
kapitanlarının və hakimin ərizəsi
əsasında, yalnız BFL direktoru yarışın nəticəsini dəyişə bilər
(fors-major hallarda). Oyunun nəticələrinə bütün düzəlişlər (dəyişikliklər)
yalnız yarışın hakiminin təsdiqi ilə edilir.
14.
Oyunların keçirilmə reqlamenti.
14.1. Oyun
protokolunda minimum 6, maksimum 16 oyunçunun adı yazıla bilər. Protokolda
komanda kapitanının və ya məşqçinin imzası mütləqdir.
14.1.1. Oyunun başlanmasına 15 dəqiqə qalmış komandalar
protokolu doldurmalıdırlar.
14.1.2. Oyun protokolunda adı qeyd edilməmiş oyunçu oyunda iştirak
edə bilməz. Əks təqdirdə komanda texniki məğlubiyyətlə (0:3)
cəzalandırılacaq.
14.2. Matç
hər biri 25 dəqiqə olan iki hissədən ibarətdir. Hissələr arasında fasilə 5
dəqiqədir. Fasilədən sonra komandalar qapıları dəyişirlər.
14.2.1. Əgər oyun gec başlayıbsa, oyunun hakimi fasilə
vaxtını azaltmaq hüququna malikdir.
14.3. Çempionatın
bütün oyunları yalnız oyunun hakimi, bu cür oyunlar üçün nəzərdə tutulan top
(hakim müəyyən edir) və qapı torları olduqda keçirilir.
14.4. Çempionatın
oyunlarının keçirilməsi üçün topları BFL təqdim edir (№5).
14.5. Yarış
təqvimində komanda cütlüyündə birinci qeyd olunan komanda nominal ev sahibi
sayılır.
14.5.1. Ev sahibi qismində çıxış edən komanda forma
seçimi hüququna malikdir.
15.
Oyunun təxirə salınması.
15.1. Komanda
mövsüm ərzində yalnız 3 dəfə matçın təxirə salınması ilə bağlı BFL-ə müraciət
edə bilər.
15.2. Komandaların
öz aralarında razılaşıb oyunun vaxtını dəyişmək hüququ yoxdur.
15.3. Oyunun
təxirə salınması ilə bağlı qərarı birmənalı
və birtərəfli olaraq BFL qəbul edir və digər komandaya bu haqda məlumat
verir.
15.4. BFL
təşəbbüskar komandanın müraciətini yalnız aşağıdakı səbəblərə görə qəbul edir:
·
Hər hansı
xeyir və şər hadisə ilə bağlı komandanın bir neçə oyunçusunun oyunda iştirak
edə bilməməsinə görə;
·
Komandanın
kapitanı (vitse-kapitanı) yuxarıdakı səbəblə bağlı həftənin cümə axşamı günü (IV gün) saat 12:00-a qədər
[email protected] e-poçtuna yazılı və rəsmi müraciət etdiyi halda
(fors-major hallar istisna);
·
BFL
tərəfindən komandanın müraciətinin həqiqəti əks etdirməsi təsdiqlənərsə.
15.5. Təxirə
salınma ilə bağlı müraciət edən komandanın əvvəlki turlardan təxirə salınmış
və oynanılmamış oyunu varsa, növbəti istəyi nəzərə alınmayacaq
(fors-major hallar istisna).
15.6. Təxirə
salınmış oyunlar həmin dövrənin sonuna qədər keçirilməlidir.
15.7. BFL-in birtərəfli qərarı ilə kəskin hava şəraiti, meydanda
yaranmış hər hansı problemin aradan qaldırılması və müəyyən səbəblərdən
yaranmış digər situasiyalara görə oyunların vaxtı dəyişdirilə, təxirə salına
bilər.
15.8. BFL
təxirə salınmış oyunların oynanılması üçün vaxt təyin edir. Təxirə salınmış
oyunların keçirilmə vaxtı BFL-in rəsmi saytında elan edilir. Təyin olunan
tarixdə oyuna gəlməyən komandaya texniki məğlubiyyət verilir (0-3). Hər iki komanda
oyuna gələ bilməsə, komandalar haqqında Nizam-İntizam Komitəsi müvafiq qərarlar
çıxaracaq.
16.
Komandanın oyuna gecikməsi və ya gəlməməsi.
16.1. Mübarizə aparan komandalardan birinin gecikməsi
ilə bağlı oyunun başlaması 15 dəqiqə
gecikibsə, oyun hakimin qərarı ilə hissələr arasında fasilə olmadan davam
edə bilər.
16.2. Komandanın oyuna gecikməsi oyun protokolunda hakim tərəfindən
qeydə alınır.
16.3. Komandanın
oyuna gəlməməsi halı hər hansı bir komandanın matçın təqvimdə göstərilmiş
başlama vaxtından 15 dəqiqə sonra meydanda tam hazır vəziyyətdə olmaması
sayılır.
16.4. Komandanın gəlməməsinə görə texniki məğlubiyyət (0:3) və onun
rəqibinə üç xal hesablanır.
16.5. Oyuna gəlməyən və ya gecikən komandaya Nizam-İntizam komitəsi
tərəfindən müəyyən olunmuş cəzalar tətbiq oluna bilər.
16.6. Oyuna
3 (üç) dəfə ardıcıl olaraq gəlməyən
komanda haqqında BFL Nizam-İntizam Komitəsi iclas keçirir və
komandanı liqadan xaric etmə hüququna malikdir.
16.7. Mövsüm ərzində 6 (altı) dəfə oyuna gəlməyən komanda haqqında
BFL Nizam-İntizam Komitəsi iclas
keçirir və komandanı liqadan xaric etmə hüququna malikdir.
16.8. Komandalar
oyunun başlama vaxtına ən az 30 dəqiqə qalmış meydanda olmalıdırlar.
17.
Komandanın oyuna buraxılmaması.
17.1. Komanda
aşağıdakı hallarda oyuna buraxılmır:
а) Oyunun təqvimdə göstərilən başlama vaxtından maksimum
15 dəqiqə sonra tam hazır vəziyyətdə meydanda olmazsa;
b) Ən az 6 nəfərin idman geyimləri tələb olunan
səviyyədə olmazsa;
c) Heyətində 6-dan az oyunçu olarsa;
d) BFL-in sübuta yetirilmiş əsaslarla situasiaya uyğun
qərarı ilə.
17.2. Oyuna
buraxılmayan komandaya texniki məğlubiyyət verilir (0-3).
18.
Komandanın liqadan kənarlaşdırması.
18.1. BFL-in
qərarı ilə komanda liqanın gedişatında liqadan kənarlaşdırıla bilər.
18.1.1. Komandanın liqadan kənarlaşdırılmasına səbəb ola
bilər:
а) Hazırki vəziyyətin pozulması:
b) İdman mübarizə prinsipinə riayət edilməməsi:
c) Komandanın və ya oyunçuların öz öhdəliklərini
yerinə yetirməməsi;
d) Liqa qarşısında maliyyə öhdəliklərinin yerinə yetirilməməsi:
e) Komandanın liqanı könüllü tərk etməsi barədə
bəyanatı (komandanın kapitanı tərəfindən)
e) digər səbəblər (məsələn BFL Nizam-İntizam
komitəsinin qərarı ilə)
18.2 Komanda liqadan və ya cari mövsümdən
kənarlaşdırıldığı halda BFL tərəfindən heç bir ödəniş geri qaytarılmır.
18.3. Komanda liqadan və ya cari mövsümdən xaric olunsa belə,
BFL-ə borcu olduğu təqdirdə borcunu ödəməyə məcburdur. Əks halda müqavilə
şərtlərinə əməl etmədiyi üçün komandanın kapitanı (vitse-kapitan) Azərbaycan Respublikasının qanunvericiliyinə
uyğun məsuliyyət daşıyır.
18.4. Komandanın hər hansı məsələ ilə bağlı BFL-i
şərləyərək şikayət etmək, məhkəməyə vermək, BFL-ə maddi və ya mənəvi ziyan
vurmaq hüququ yoxdur. Əks halda BFL ilə münaqişəyə girmiş şəxslər qanun
qarşısında cavab verəcəklər.
18.5. Komandanın cari mövsümdən kənarlaşdırıldığı halda, turnir
cədvəlinə aşağıdakı dəyişikliklər və əlavələr edilir:
18.5.1. Komanda liqada BFL-in üzvlüyünün saxlanılması
ilə yarışdan xaric oluna bilər və ya komanda üzvlükdən çıxarıla bilər (qərar BFL tərəfindən qəbul edilir).
18.5.2. Xaric olunan komandanın bütün statistik göstəriciləri
qalır və növbəti turdan etibarən bütün oyunlarına texniki məğlubiyyət verilir
(0-3).
18.6. Bakı Futbol Liqasının xaric olunan komandanın yerinə
ehtiyatda olan komandanı liqaya qoşmaq hüququ vardır. Xaric olunan komanda
liqanı hansı sırada tərk edibsə, yeni komanda həmin sıradan mövsümə qoşulur və
xal, qalibiyyət, bərabərlik, məğlubiyyət, vurulan və buraxılan qolların sayı
yeni komandaya şamil olunur. Vərəqələrin yeni komandaya heç bir aidiyyatı
yoxdur.
19.
Transfer pəncərəsi.
19.1. Transfer pəncərəsi 25 dekbar – 5 yanvar
tarixlərində açıq olur. Transfer müddəti BFL-in rəsmi saytında elan olunur.
19.2.
Transferlər yalnız BFL-in müəyyən tələblərinə riayət olunduğu halda baş tuta
bilər. Əks halda BFL yeni oyunçuların komandanın iştirak ərizəsinə salınmasına
icazə verməyəcək. Bu tələblər komanda və
oyunçuların hüquqlarının pozulmaması üçün BFL tərəfindən atılan vacib addımdır.
19.3. Transfer prosesində "Komandalar” və
"Oyunçu” birbaşa olaraq BFL ilə əlaqədə olmalı, prosesin hər bir mərhələsində
BFL-ə yazılı məlumat verməlidir.
Transfer
prosesi aşağıdakı kimi olmalıdır:
"Transfer
edən komanda” BFL-in hər hansı komandasının üzvü olan və ya
BFL-in cari mövsümündə iştirak etməyən oyunçu ilə maraqlandıqlarını və
oyunçunun mənsub olduğu komanda ilə transfer danışıqlarına başladıqları
haqqında
[email protected] adresinə yazılı məlumat göndərir.
Komandalar arasında danışıqların son nəticəsi bəlli olandan sonra
"transfer edən komanda”
[email protected] adresinə yazaraq danışıqların son nəticəsi və
transferin baş tutub-tutmayacağı haqqında dəqiq məlumat verir.
Hər iki komandanın kapitanı transferin baş tutması
ilə bağlı razılıq əldə etmədiyi təqdirdə oyunçu istəsə belə bu transfer BFL
tərəfindən tanınmayacaq. Lakin oyunçuya qarşı hər hansı təzyiq olması halında
obyektiv qərarla transferin baş tutub-tutmayacağına BFL qərar verəcək.
19.4. Komanda kapitanı oyunçusunun digər komandaya transferi
ilə bağlı heç bir probleminin olmadığını və buna razılıq verdiyini BFL-ə
bildirdikdən sonra oyunçu yeni komandaya transfer oluna bilər.
19.5. "Transfer pəncərəsi”ndə hər komanda maksimum 8 (səkkiz)
oyunçunu heyətinə qata bilər (bütün oyunçuların sayı 20-ni keçməməklə).
20.
Hakimlik.
20.1. Oyuna təyinat alan hakimlər toxunulmazdır.
20.2. Oyunun hakiminin hər hansı bir qərarı bütün oyunçular
üçün məcburi sayılır.
20.3. Oyunun hakimi oyun zamanı, əvvəli və sonrası rəsmi şəxs
sayılır. Oyun zamanı kimə ünvanlandığından asılı olmayaraq vulqar
ifadələrdən, hər hansı qeyri-etik jest və hərəkətlərdən istifadə edən oyunçular
hakim tərəfindən şifahi və ya rəsmi şəkildə xəbərdar ediləcək. Hakimin oyundan
sonra protokolda qeydi ilə təqsirkar komanda və ya oyunçular Nizam-İntizam Komitəsi tərəfindən sərt
şəkildə cəzalandırılacaq.
20.4. Komandalar müqaviləni imzalamaqla hakimlərin
toxunulmazlığını qəbul edir, onlara fiziki və mənəvi zərərin dəyməsinə görə
birbaşa məsuliyyət daşıyırlar.
20.5. Komandalar müqaviləni imzalamaqla hakimlərin heç bir
maraq güdmədən oyun idarəetməsi zamanı hər hansı yol verilə bilən səhv qərarı
anlayışla qarşılamağı qəbul edirlər. Qaranlıq məqamla bağlı isə Nizam-İntizam Komitəsi və Hakimlər Komitəsi birgə iclas keçirib
müəyyən qərarlar qəbul edə bilər.
20.6. BFL-in qaydaları ilə oyunu idarə edən hakimlərin sayı
iki və ya üçə qədər artırıla bilər.
21.
Etirazın verilmə qaydası və apelyasiya.
21.1. BFL-də
etirazlar komanda kapitanı tərəfindən yalnız yazılı şəkildə qəbul edilir.
21.2 Bu etirazlara yalnız oyun ərzində distiplinar
sanksiyalar (vərəqələr) aiddir. Matçın təkrarlanması, hesabın dəyişdirilməsi və s. ilə bağlı
müraciətlərə baxılmayacaq.
21.2. Oyunun gedişatına etiraz matç başa çatdıqdan sonra 15 dəqiqə ərzində oyunun
protokolunda qeyd olunmalıdır.
21.3. Oyunun hakimi barəsində etiraz, BFL-in Nizam-İntizam Komitəsinə olunur.
21.4. Apelyasiya və protestlərə Nizam-İntizam Komitəsi tərəfindən həftənin çərşənbə
axşamı günü baxılır və qərarlar çərşənbə günü ictimaiyyətə təqdim olunur.
21.5. Hakim səhvləri kimi təsnifatlandırıla bilən hakim qərarlarına etirazlar
qəbul olunmur.
22.
Reqlament fəaliyyətinin qaydası və müddəti.
22.1. Bu
reqlamentə bütün yarış iştirakçılarının riayət etməsi məcburidir. Hər hansı
dəyişiklik lazım gələrsə, BFL-in təşkil etdiyi iclasda iştirakçı komanda
nümayəndələri ilə müzakirələr sonunda razılıq əldə olunduğu halda müvafiq
maddələr dəyişdirilə, əlavə və ya ləğv oluna bilər.
22.2. Komandaların bütün
üzvləri qeydiyyat zamanı müqavilə imzalandığı andan reqlamentin bütün
maddələrini qəbul edir və hər hansı maddənin pozulması, BFL-in qərarlarına
əsassız müdaxilə və s. səbəblərdən
birbaşa məsuliyyət daşıyır.
22.3.
Komandalar müqaviləni imzalamaqla BFL Nizam-İntizam Kodeksində göstərilən
bütün cəzalarla, həmçinin maddi cəzalarla (pul cəzaları) tanış olmuş və qəbul
etmiş sayılır. Komanda BFL tərəfindən
təyin olunan hər hansı pul cəzasını cəza elan olunan gündən sonra həmin həftənin cümə günü saat 22:00-a qədər
tam şəkildə ödəməlidir. Ödənişlər elektron formada həyata keçirilir.
22.4. Oyunçuların
və komandaların davranışları və hərəkətləri
ilə bağlı olaraq yaranacaq situasiaya uyğun
Nizam-İntizam Kodeksində və ya Reqlamentdə müvafiq bənd yoxdursa,
Nizam-İntizam Komitəsi məsələ ilə bağlı əsaslı qərarlar qəbul edə, oyun, xal və pul cəzası tətbiq edə bilər.
22.5. Reqlament
imzalanacaq müqaviləyə qoşma şəklində komandalara təqdim edilir. Komandaların
və oyunçuların bu reqlamentə əsasən hərəkət etməsi məcburidir. Reqlamentin hər
hansı bəndinin pozulmasına görə təqsirkar oyunçu və komandası Azərbaycan
Respublikasının qanunvericiliyi qarşısında birbaşa olaraq məsuliyyət daşıyır.
22.6. Reqlamentdə
olan və olmayan istənilən situasiyada komandanın kapitanı və vitse-kapitanı
komanda üzvlərinin hərəkətlərinə, BFL qarşısında maliyyə və nizam-intizam
məsələlərinə cavabdeh şəxslərdir.
[r1]