» » » Region Liqası, I Play Off mərhələsi: Mingəçevir futbol bayramına hazırlaşır! FOTOLAR

Region Liqası, I Play Off mərhələsi: Mingəçevir futbol bayramına hazırlaşır! FOTOLAR

Region Liqası, I Play Off mərhələsi: Mingəçevir futbol bayramına hazırlaşır! FOTOLARSabah, mart ayının 10-da, Region Liqasının I Play-Off mərhələsinin ilk oyunları çərçivəsində, Şimal - Qərb Regionunun Qərb Zonasında qrup birincisi olmuş Mingəçevirin "Energetik" komandası Mərkəz və Cənub Regionunun Mərkəz Zonasının qrup üçüncüsü olmuş "Salyan" komandasını qəbul edəcək.
 
Mingəçevir şəhər stadionunda keçiriləcək qarşılaşmada, meydan sahiblərinin yeni yaradılmış "ZONA45" azarkeş qrupu bir sıra sürprizlər etməyə hazırlaşır. Klubdan Premyer.az saytına verilən məlumata əsasən, artıq oyun üçün bir sıra plakatlar hazırlanıb. Azarkeşləri stadiona çağıran oyun afişaları isə, artıq şəhərin müxtəlif yerlərində asılıb.
 
Oyun günü isə azarkeşləri digər maraqlı sürprizlər də gözləyir! Odur ki, hamını stadiona, komandalarını dəstəkləməyə və böyük futbol bayramının şahidi olmağa dəvət edirik. 
 
Rauf İskəndərov / Premyer.az
 
REGİON LİQASI
I Play Off Mərhələsi
İlk oyun
"Energetik" Mingəçevir - "Salyan"
Mingəçevir şəhər stadionu
10 mart 2019
Saat:  15:00

1016     
Reklam

Reklam