REGİON LİQASI: "Alyans" FK "İnter"in yetirməsini TRANSFER etdi - FOTOLAR, VİDEO
Bazar günü Region Liqasının I Play Off mərhələsində Sumqayıtın "Uğur" komandası ilə qarşılaşacaq Lənkəranın "Alyans" komandası daha bir transfer həyata keçirib.
Premyer.az xəbər verir ki, cənub təmsilçisi, bir neçə gün öncə Premyer.az saytının "Onları Tanıyaq" rubrikasında təqdim etdiyimiz, "İnter" futbol komandasının yetirməsi Mehdi Əliyevi transfer edib.
8 yaşından 16 yaşına kimi "İnter"in müxtəlif yaş qruplarında çıxış edən 18 yaşlı futbolçu, daha sonra iki mövsüm ərzində "Neftçi" İK-nın şərəfini qoruyub. Mehdinin son klubu isə, Region Liqasının digər təmsilçisi - "Tufan" komandası olub.