» » Rahid Əmirquliyev “Səbail”də

Rahid Əmirquliyev “Səbail”də

 

12 futbolçu ilə yollarını ayıran "Səbail” onlara əvəzləyici axtarışına başlayıb. Yeni baş məşqçi Aftandil Hacıyevin ilk seçimi çoxdankı tanışıdı. Bayıl klubu "Qarabağ”dan ayrılan təcrübəli futbolçu ilə güclənir. Ağdam klubunda məşqçi işləmiş Hacıyev, indi "atlılar”a lazım olmayan Rahid Əmirquliyevlə ortaq məxrəcə gəlib. Tərəflər sabah rəsmi müqavilə bağlamalıdı.
 
Xəbəri dəqiqləşdirmək üçün "Səbail”in mətbuat xidməti ilə əlaqə saxladıq. Klubdan informasiyanı nə təsdiq, nə də təkzib etdilər. Amma məhz belə olacağı dəqiqdi, tezliklə Rahidin anlaşması rəsmən açıqlanacaq. 
 
Mənbə futbolinfo.az
546     
Reklam

Reklam