» » BOS-un ot örtüyü nə vaxt hazır olacaq?

BOS-un ot örtüyü nə vaxt hazır olacaq?

BOS-un ot örtüyü nə vaxt hazır olacaq?Xəbər verdiyimiz kimi, "Qarabağ" Çempionlar Liqasındakı ev oyunlarını Bakı Olimpiya Stadionunda keçirəcək. Amma stadionun ot örtüyü hələki hazır vəziyyətdə deyil. "Qarabağ"ın mətbuat katibi Nurlan İbrahimov Premyer.az saytına verdiyi açıqlamada bu faktı təsdiqləyib: "Bəli, ot örtüyü hələki hazır durumda deyil. Stadiondan bizə verilən məlumata görə, ot örtüyü sentyabrın ilk 10 günlüyündə hazır olacaq. Bundan sonra biz klub olaraq ora baxış keçirib, durumu dəyərləndirəcəyik".
Qeyd edək ki, "Qarabağ" sentyabrın 27-si Bakı Olimpiya Stadionunda "Roma" komandasını qəbul edəcək.
670     
Reklam

Reklam