» » “Sumqayıt” Boluda ilk məşqinə çıxıb

“Sumqayıt” Boluda ilk məşqinə çıxıb

Məlum olduğu kimi, "Sumqayıt” Futbol Klubu dünəndən etibarən Türkiyənin Bolu bölgəsində təlim-məşq toplanışına start verib. Premyer.az xəbər verir ki, Samir Abasovun rəhbərlik etdiyi komanda axşam saatlarında qonşu ölkədə ilk məşqinə çıxıb. Məşqin əvvəlində daha çox toplu hərəkətlərə üstünlük verən komanda fiziki hazırlıq üzərində çalışaraq ilk günün hazırlığını yekunlaşdırıb. "Sumqayıt" bu gün Boluda 2 məşqə çıxacaq. 
Qeyd edək ki, komanda ilk yoxlama görüşünü 17 iyul tarixində Superliqa təmsilçisi "Osmanlıspor”a qarşı keçirəcək. Qızılcahamam bölgəsində yerləşən Patalya Thermal Resort Hotelinin stadionunda baş tutacaq qarşılaşma yerli vaxtla saat 18:00-da start götürəcək.
635     
Reklam

Reklam