
AFFA yanında Media Komitəsi 2017-ci ilin aprel-iyun ayları üçün layihələrin qəbulu başa çatdı. Aşağıdakı saytlar və qəzetlər layihələrini Media Komitəsinə təqdim ediblər:
1. Ölkədaxili yarışların (Premyer Liqa, I Divizion və ölkə kuboku) ən yaxşı şəkildə işıqlandırılması - 3 layihə (newsport.az/idmanxeber.com, extratime.az, futbolpress.az)
2. Azərbaycan çempionatı, kuboku, yığması və klubların avrokuboklarda iştirakı ilə bağlı bütün statistik boşluqların aradan qaldırılması - 2 layihə ("Futbol+", "Het-trik news")
3. İstənilən aktual mövzuda fərdi jurnalist araşdırması - 3 layihə (sportal.az, sport24.az, futbol11.az)
4. Bölgə futbolu: resurslar, imkanlar və reallıqlar - 2 layihə (komanda.az, sportmedia.az)
5. Azərbaycan futbolunun tarixi: heç kim və heç nə unudulmur! - 3 layihə (qol.az, rekord.az, sportline.az)
6. Uşaq futbolu: problemləri necə aradan qaldırmalı? - 3 layihə (sportarena.az, sportnet.az, futbolmedia.az/futbolplanet.az)
7. Futzal: mövcud durum və perspektiv üfüqləri - 3 layihə (sportfm.az/korner.az, futbolxeber.az, sportinfo.az/premyer.az)
8. İslamiada: İslam dünyasından dünya idmanına körpü - 5 layihə (allsport.az, apasport.az, azerisport.az, sportbox.az, supersport.az)
Layihə qaliblərinin adları AFFA yanında Media Komitəsinin İdarə Heyətinin aprelin 25-də keçirilməsi nəzərdə tutulan iclasında məlum olacaq.