Premyer.Az » Xəbərlər » Azərbaycan çempionatı qadınların mübarizəsi ilə start götürdü

Azərbaycan çempionatı qadınların mübarizəsi ilə start götürdü

Azərbaycan çempionatı qadınların mübarizəsi ilə start götürdü

2-3 mart tarixlərində Şüvəlan qəsəbəsində yerləşən Ağır Atletika Akademiyasının yarış zalında kişilər, qadınlar və ustadlar arasında Azərbaycan çempionatı keçiriəcək. Yarışda ölkənin bütün bölgələrindən 150-yə yaxın atlet qüvvəsini sınayacaq.

Artıq ilk yarış qrupu arxada qalıb. Qadınlar qalibləri Sinkleyr cədvəli üzrə müəyyənləşdiriblər. Qızıl medala qazax atleti Abbasova Elnarə sahib çıxıb. O, toplam 190 kq (84+106) nəticə və 250.47 Sinkleyr xalı ilə bütün rəqiblərini üstələyib.

Gümüş medalı isə qalibdən çox cüzi fərqlə geridə qalan Səbinə Əzimova qazanıb. O, toplam 167 kq (73+94) nəticə və 250.06 xalla kifayətlənib və fəxri kürsünün ikinci pilləsinə qalxıb. Bürünc medal sumqayıtlı atlet Firuzə İbrahimovaya qismət olub. O, toplam 170 kq (75+95) nəticə və 230.92 xal toplayıb.

Çempionatın təşkilində məqsəd idmançıların ustalıq səviyyəsinin artırılması və təkmilləşdirilməsi, texniki cəhətdən hazırlıqlı və dərəcə normalarını yerinə yetirən idmançıların seçilməsi, kişilərdən və qadınlardan ibarət milli yığma komandaların tərkibinin müəyyənləşdirilməsi, qarşıdakı beynəlxalq yarışlara hazırlanmasıdır.

 

Qadınlar. A qrupu.

 

N

Adı

İl

Şəhər

Klub

Çəki

Birdən

Təkanla

Toplam

Xal

1.

Abbasova Elnarə

1997

Qazax

Zirvə

62.40

84

106

190

250.47

2.

Əzimova Səbinə

2000

Lənkəran

Zirvə

51.75

73

94

167

250.06

3.

İbrahimova Firuzə

1997

Sumqayıt

Zirvə

59.50

75

95

170

230.92

4.

Əlizadə Gülçin

1997

Qazax

Zirvə

49.80

62

75

137

211.01

5.

Məmmədova Sona

1999

Qazax

Zirvə

66.10

65

80

145

195.69

6.

Hüseynzadə Fidan

2001

Lənkəran

Zirvə

62.90

64

80

144

189.09

7.

Siracova Şəbnəm

1988

Xırdalan

Zirvə

48.00

51

63

114

180.69

8.

Fərəcova Şəfa

2001

Lənkəran

Zirvə

52.40

46

63

109

161.60

9.

Nəzərli Gülbəniz

2002

Lənkəran

Zirvə

48.50

46

54

100

157.21

10.

Məmmədova Xumar

1997

Goranboy

Zirvə

87.50

63

76

139

154.83

11.

Əbdürrəhmanova Fidan

 

Bakı

Spartak

82.10

58

75

133

152.02

12.

İbrahimli Anastasiya

1993

Xırdalan

Zirvə

71.00

0

-

-

-

13.

Vəliyeva Günel

1997

Xırdalan

Zirvə

61.80

50

0

-

-


564     
Reklam

Reklam