» » “CBC Sport” “26-cı dəqiqə”nin təqdimatını keçirdi

“CBC Sport” “26-cı dəqiqə”nin təqdimatını keçirdi

“CBC Sport” “26-cı dəqiqə”nin təqdimatını keçirdiBu gün Bakı Olimpiya Stadionunun konfrans zalında CBC Sport telekanalının hazırladığı "26-cı dəqiqə" filminin təqdimat mərasimi keçirilib. Premyer.az xəbər verir ki, film futbol üzrə milli komandamızın 1996-cı ildə dünya çempionatının seçmə mərhələsində İsveçrə üzərində qələbəsinə (1:0) həsr olunub.
Tədbiri açıq elan edən "CBC Sport”un baş direktoru Volkan Üst iştirakçıları salamlayıb və filmin yaradıcı heyətini səhnəyə dəvət edib. Tarixi qələbəmizin 20 illiyinə həsr olunan "26-cı dəqiqə" filminin layihə rəhbəri, müxtəlif beynəlxalq festivalların laureatı Azər Cavad Əliyev və müəllif Vəfa Ağabalayeva filmin necə ərsəyə gəlməsindən danışıblar.
Tədbirdə AFFA-nın baş katibi Elxan Məmmədov, 1996-cı ildə federasiya prezidenti olan Fuad Musayev, milli komandamızın o vaxtkı baş məşqçisi Kazbek Tuayev, İsveçrə ilə matçı iştirakçılarından  Tərlan Əhmədov, Yunis Hüseynov, Vidadi Rzayev, Arif Əsədov, Samir Ələkbərov, İqor Getman və idman ictimaiyyətinin nümayəndələri iştirak ediblər. 

Filmin nümayişindən sonra AFFA-nın baş katibi Elxan Məmmədov, Fuad Musayev, Kazbek Tusayev və veteran futbolçular təəssüratlarını bölüşüblər.
AFFA-nın baş katibi Elxan Məmmədov üzərində 31 avqust 1996-cı il, 19:26 yazılan saatları yığmamızın üzvlərinə, məşqçilər heyətinə və o dövrün federasiya rəsmilərinə təqdim edib.
623     
Reklam

Reklam