» » Oxuyub, utanın! “Neftçi” sevgisi bu idi! Biz bu "Neftçi"ni sevirdik!

Oxuyub, utanın! “Neftçi” sevgisi bu idi! Biz bu "Neftçi"ni sevirdik!

Oxuyub, utanın! “Neftçi” sevgisi bu idi! Biz bu "Neftçi"ni sevirdik!Sovet hökumətinin  asıb-kəsən  vaxtlarında,  çox gizli mətləblərdən xəbərimiz  olmayanda , milli qürurumuzu  sən demə qoruyub  saxlayan  atributlardan biri,  özümüz də bilmədən özünü bizə sevdirən  bir  futbol klubumuz  vardı,  "NEFTÇİ”.  Ruslar  ona  hər  vəchlə  "Neftyannik”  adını  yapışdırmağa çalışsalar  da, axırı  əlacsız  qalib  onlar  da  "Nefçi” Baku dedilər. Çünki komanda tamamilə beynəlmiləl olsa  da, oyunu  və azarkeşləri  milli idi.
     "Nefçi” komandasının hər oyunu  bizim üçün toy-bayram, ölçüyə gəlməz həyəcan, bənzərsiz mücadilə idi.  Ürəyi yatan  kim,  sevincdən ağlayan kim, kədərdən evində dava salan kim, radionu sındıran, restoran bağlatdıran , nə bilim daha nələr,nələr...
     Lap əvvəllər ancaq radiotranslyasiyalar olardı.Valid Sənanin  hər sözünü su və hava kimi acgözlüklə gözləyir, hesabı deyənə  kimi " o dünyanı” görüb gələrdik. Adətən, oyunun ikinci  hissəsi, on  beş dəqiqəsi "vıyezdən” transilyası olunardı, yəni  Odessadan, Kiyevdən, Rostovdan,Yaroslavldan və.s.
    Bakidaki oyunlar vallah, lap müsibət ( müsbət mənada) idi. Abonomenti olanlar  kefdə ididlər. Bilet dərdi  çəkməzdilər, bizim kimi sıravilər anaq ucqar  sektorlara bilet tapardıq.  Oradan  da futbola  baxmağın  nə ləzzəti olardı? Ona də biletli –biletsiz  hamı  14-18-ci  sektora düşməyə  çalışırdı.
   Qəribə bir hiss vardı  o vaxt . İnanın ki, çox vaxt  bilet  pulunu "potulqa” xırdalamaqla,yəni  şüşə qabları mağazaya  təhvil verib  qəpik-quruş  almaqla toplardıq. Onuda  kassaya  verib  bilet almazdıq, onsuz  da  kassirlər yaxşı  bileti  alverçilərə çoxdan  satmış  olurdular. Alverçidən  bilet  almağa pul  hardaydı  bizdə. Birdə ki, dədəmizin  göndərdiyi  kirayə  haqqı  və yemək  pulunda futbol  pulu nəzərdə  tutulmurdu axı. Amma nəyin bahasına olursa olsun "Neftçi”yə baxmaq  vacib idi. Yəni "Dinamo” Kiyev, "Dinamo” Tbilisi, ”Spartak”,”Ararat” , ”Paxtakor”, ”Kayrat”  və.s. Bakıda oynaya, sən də evdə oturub qalasan? Bu ən azından    ağıla  gələn şey deyildi.
Hə, az  qala unutmuşdum, xırdaladığımız  pullar çalışırdıq ki həcmli , yəni  çoxlu  5 qəpiklik olsun. Onun 5-10 dənəsini  tökərdik "kontrolyorun” ovcuna, o da bizi buraxardı giriş qapılarına, orda da yanaşardıq  bileti olan yaxşı  kişilərin yanına, o da köhnə tanışı  kimi bizi salardı  öz sektoruna. Qaldı  yer  məsələsi, Allaha şükür hamı  qardaş  kimi  idi, bir yerdə iki-üç  nəfər oturardı. Amma ən  rahat  yer  elə  pilləkənlər  idi.
   Oyun  marşı  çalınanda  tüklərimiz  biz-biz  olardı,  gözlərimiz  yaşarardı.Futbolçulara  balamız,qardaşımız kimi  baxardıq. Hələ  isinmə  hərəkətləri  vaxtı uzaqdan  hamısın  yerişinə, duruşuna, topa  zərbəsinə  görə tanıyardıq oyunçuları.  Toliki (rəhmətlik  Anatoli Banişevskini) görməyəndə canımıza  üşütmə düşərdi. Əsas  da "Araratla”. Ə,  bu  neyniyib ə...  Batdıq  ki...  Elə  ki, o soyunub  - geyinmə  yerindən  çıxıb  qazona ayaq basırdı,  təzədən gəlirdik  düyaya. Bəli "Nefçi”  ilə nəfəs alardıq.  Niyə ?
  Ona  görə  ki,orada  bizi  sevənlər  və biz  sevdiklərimiz oynayardılar, bizimlə sevinənlər, bizimlə  kədərlənənlər. Daha iki yaxşı oyundan  sonra özünü  Messidən  üstün tutanlar yox.
    Heç Banişevskinin  "Volqa” maşını  da  olmadı  bəlkə  də, amma o  və onlar  oynadılar , bizim əzizlərimiz oldular, ürəyimizin bir  parçasına döndülər....
    Bəs indiki "Neftçi” ? Əziz əsl "Neftçi”lilər! Siz doğurdan da adınıza  layiq olmaq istəyirsinizsə bu şanlı tarixdən,sizi  sevənlərdən kənarda  qalmayın ki,  siz  də seviləsiniz. 

Baxış  Babayev
1017     
Reklam

Reklam