» » Subaşiç debüt oyununda qol vurdu

Subaşiç debüt oyununda qol vurdu

Subaşiç debüt oyununda qol vurduSerbiya çempionatında 5-ci turun oyunları keçirilib. Premyer.az xəbər verir ki, Azərbaycan yığmasının sabiq hücumçusu Branimir Subaşiçin komandası - "OFK Belqrad" da növbəti matçına çıxıb.
Paytaxt təmsilçisi doğma meydanda "Radnik"lə qarşılaşıb. Matç futbolçumuzun komandasının 3:0 hesablı qələbəsi ilə başa çatıb. Branimir matçın 67-ci dəqiqəsində meydana çıxıb. Bununla da yeni klubunda debüt edən Subaşiç 74-cü dəqiqədə qol da vurmağa nail olub və matçın yekun nəticəsini müəyyənləşdirib.
Qeyd edək ki, "OFK Belqrad" hazırda 6 xalla 16 klub arasında 10-cu pillədə qərarlaşıb.
756     
Reklam

Reklam