
Ağ və
qara rənglərin fonunda ağ günündə də daim "qara”lamaya məruz qalıb. Bəlkə də bu qaradır onları həmişə tənqid
hədəfi edən. Əzəldən ta bu günə kimi. Səbəb oldu, olmadı. Nəsə yazmaq istəyirsənsə,
"Neftçi”dən yaz. Elə buna görə də filmlərimizə də mövzu kimi daxil olub. "Neftçi”nin
udan günü olub ki?” Əslində cari çempionatda komandanın oyunu elə bu sitatı
tez-tez eşitməyə səbəbdir. Amma səbəb axtaranda da, gərək bir az vicdanla
davranasan. Komandanın məğlubiyyətini klub prezidentində, idman direktorunda
görmək işin ən asanıdır. Əslində, adları çəkilənlərin işi ən çətindir. Komanda uzudur,
istefa deyirlər. Futbolçu oynaya bilmir, istefa deyilir, baş məşqçi işini görə
bilmir, istefa deyirlər... Bu mövzuya birazdan qayıdarıq. Baş məşqçi demişkən.
Roberto Bordin... "Neftçi”yə böyük ümidlərlə gətirilən italyan. Özünü futbol
akademiki kimi göstərən, amma sanki "təcrübədə olan məşqçi” reallığı. Bilirəm
deyib, bilməyən, edirəm deyib, etməyən, daha doğrusu edə bilməyən. Heç nə
olmasa da, jurnalistlərlə yaxşı söz davasına çıxmağı var. Elə rəqib komandaların
baş məşqçilərinə, futbolçularına qarşı da bunu edir. Azarkeşi də əsəbləşdirən,
onu, daha doğrusu klub idarəçilərini istefaya səsləməyə səbəb də məhz bu yersiz
şeylərdir. Amma nə fayda? Klub onu qova bilmir. Buna görə yüksək məbləğ ödəməlidir.
Digər tərəfdən idman direktoru Ceyhun Sultanov da çıxılmaz durumdadır.
Komandaya ilk gəldiyi vaxt Bordin "virusunun” belə yoluxucu olacağını o da bilməzdi.
İndi də sağalmaz xəstəliyə çevrilib. Sultanov demişkən, adam haqqında son
vaxtlar gen-bol yazılar yazılır. Kimin "Neftçi” ilə bağlı nə dərdi var, Ceyhun
Sultanovun adının qarşısına bir iki cümlə düzməklə bunu edir. Bəs, Sultanov nədə
günahkardır? Bəli, səhvi klub prezidenti ilə birgə Bordini
komandaya baş məşqçi kimi təklif etməyidir. Bu, aydın məsələdir. Bəs, "Neftçi”yə
transfer olunan futbolçular, keyfiyyət göstəriciləri? Mustivar gələndə ağzını əyənlər,
Ceyhunu qoca futbolçu transfer etməkdə suçlayanların bir müddət sonra səsi
çıxmadı. Ardınca neçə-neçə futbolçular transfer olundu. Ceyhun "Neftçi” üçün
çalışsa da, "Neftçi” nədənsə Sultanovu hədəf göstərən kluba çevrilib. Axı,
hamımız ağıllı adamlarıq. Bu gün Sultanovun mediada "vurulması” boşuna deyil. Kimlərinsə
kreslo davasında "zəif bənd” lazımdır, o da Ceyhundur. Amma hazırki "Neftçi” rəhbərliyinin
ən səhv qərarı Ceyhun Sultanovla yolları ayırmaq olar. Bu baş versə, o zaman bu
"Neftçi” heç divizion klubu səviyyəsində də olmayacaq. Çünki "ac
qurdlar” pusqudadır….