» » "Sabah oyuna yaxşı başlamasaq, bizə çox çətin olacaq"

"Sabah oyuna yaxşı başlamasaq, bizə çox çətin olacaq"

"Sabah oyuna yaxşı başlamasaq, bizə çox çətin olacaq"Xorvatiya millisinin baş məşqçisi Zlatko Daliç AVRO-2020-nin seçmə mərhələsində Azərbaycan yığmasıyla oyunöncəsi mətbuat konfransı keçirib. Daliç əvvəlcə sabahkı oyun haqda düşüncələrini bölüşüb. 
 
- Hazırlığa qısa vaxtımız oldu. Oyuna ciddi yanaşmalıyıq. Slovakiyayla olduğu kimi meydana aqressiv çıxsaq, 3 xal qazanacağıq. Səbrli oynamalıyıq. Çünki sabah qələbə qazanmaq çətin olacaq. Rəqibin son pillədə getməsi zəif olması demək deyil. Performansımızı tam göstərsək, məqsədimizə çatacağıq. 
 
- Komandanın eyni səviyyədə çıxışı baş məşqçi üçün ən çətin işdi...
- Bəli, əsas məqam budu. Futbolçularla çox söhbət edəcəyik. İşimizdə ciddi olmalıyıq. Azərbaycan yığması yaxşı komandadı. Oyuna yaxşı başlamalıyıq. Əks halda çox çətinlik çəkəcəyik. 
 
- Slovakiya ilə matçla müqayisədə start heyətində dəyişikliklər gözlənilir?
- Son oyunla müqayisədə çox dəyişiklik etməyi düşünmürük. Ümid edirik ki, məşqi zədəsiz başa vuracağıq. Böyük ehtimalla start heyətdə dəyişiklik olmayacaq. Olsa da, az olacaq.
 
- Milliniz son 5 ildə 2 dəfə 4:0 hesablı qələbədə sonra növbəti matçında ya heç-heçə edib, ya da uduzub. Bu statistik amilin sizə az da olsa psixoloji təsiri var?
- Komanda olaraq məqsədimizi bilirik - Avropa çempionatına çıxmaq. Açığı, statistika ilə çox maraqlanmırıq, bunun üzərində dayanmırıq. 15 xal qazansaq, bu, final mərhələsinə çxımağa kifayət etməlidi. Bunun üçün sabah qələbə qazanmağınız vacibdi. 
 
- Bəzi aparıcı futbolçularınız Bakıya gələ bilməyib. Bu, taktiki planda oyun sisteminizin dəyişməyinə səbəb ola bilər?
- İtkilər bizim komandaya çox təsir etmir. Bu, Bratislavada da göründü. Sadəcə, əlimizdə olan heyətlə sabahkı oyuna köklənməliyik. 
299     
Reklam

Reklam