» » AFFA: Atv-yə təzyiq xəbəri absurddur

AFFA: Atv-yə təzyiq xəbəri absurddur

AFFA: Atv-yə təzyiq xəbəri absurddurSosial şəbəkələrdə ATV kanalının əməkdaşı, həmkarımız İlkin Xəlilovun AFFA-nı tənqid etdiyinə görə işdən çıxarılacağı ilə bağlı söz-söhbətlərə AFFA-nın mətbuat və ictimaiyyətlə əlaqələr departamentinin rəhbəri Firuz Abdullanın münasibəti: "AFFA hər zaman konstruktiv tənqidə normal yanaşıb. Bu günə qədər İlkin Xəlilovun konstruktiv sujetlərinə də bizim qurum tərəfindən heç vaxt mənfi fikir səsləndirilməyib. Sosial şəbəkədə ATV kanalının əməkdaşının hazırladığı sujetə görə guya AFFA tərfindən kanala təzyiq edilməsi barədə məlumatlar qəti şəkildə həqiqəti əks etdirmir. AFFA başqa struktur, ATV isə başqadır. Bizim qurumun tərəfindən həmin sujetlə bağlı müəllif və ya adıçəkilən televiziya kanalına təzyiq göstərilməsi barədə söz-söhbətlər tamamilə absurddur".
Qeyd edək ki, aparıcı yenisabah.az saytına verdiyi açıqlamada da AFFA-dan təzyiq olunduğuna inanmadığını, ATV kanalının özünü AFFA-nın vəkili kimi apardığını vurğulayıb.
(Mənbə:Premyer.az)
651     
Reklam

Reklam