Püşk Azərbaycan millisi üçün Xorvatiya, Uels, Macarıstan və Slovakiyanı rəqib seçib. Azərbaycan yığması bu rəqiblərlə E qrupunda mübarizə aparacaq. İndiyə qədər keçirilən seçmə mərhələlərdə Azərbaycan millisi bu rəqiblərin hamısı ilə üz-üzə gəlib.
AÇ-2020-nin qrupları
A qrupu - İngiltərə, Çexiya, Bolqarıstan, Monteneqro, Kosovo
B qrupu - Portuqaliya, Ukrayna, Serbiya, Litva, Lüksemburq
C qrupu - Hollandiya, Almaniya, Şimali İrlandiya, Estoniya, Belarus
D qrupu - İsveçrə, Danimarka, İrlandiya, Gürcüstan, Cəbəlüttariq
E qrupu - Xorvatiya, Uels, Slovakiya, Macarıstan, Azərbaycan
F qrupu - İspaniya, İsveç, Norveç, Rumıniya, Farer adaları, Malta
G qrupu - Polşa, Avstriya, İsrail, Sloveniya, Makedoniya, Latviya
H qrupu - Fransa, İslandiya, Türkiyə, Albaniya, Moldova, Andorra
İ qrupu - Belçika, Rusiya, Şotlandiya, Kipr, Qazaxıstan, San Marino
J qrupu - İtaliya, Bosniya və Herseqovina, Finlandiya, Yunanıstan, Ermənistan, Lixtenşteyn
55 komandayla start götürəcək qrup oyunları gələn ilin martın 21-dən noyabrın 19-a qədər keçiriləcək. 12 fərqli ölkədə keçiriləcək AÇ-2020 12 iyunda başlayacaq və bir ay davam edəcək. AÇ-2020-nin seçmə mərhələsinin ilk turu 21 mart 2019-cu ildə başlayacaq.
AÇ-2020-nin 4 qarşılaşması Bakı Olimpiya Stadionunda keçiriləcək. Bunlardan 3-ü qrup oyunları, 1-i isə 1/4 final mərhələsinin qarşılaşmasıdır.
N | Klublar | O | Q | M | B | T-F | Xal |
---|---|---|---|---|---|---|---|
1 | Qarabağ | 21 | 12 | 2 | 7 | 47-14 | 43 |
2 | NEFTÇİ | 21 | 13 | 5 | 3 | 30-21 | 42 |
3 | Zirə | 21 | 7 | 4 | 10 | 24-21 | 31 |
4 | Sumqayıt | 21 | 7 | 6 | 8 | 25-24 | 29 |
5 | Qəbələ | 21 | 5 | 8 | 8 | 18-29 | 23 |
6 | Səbail | 21 | 4 | 10 | 7 | 19-33 | 19 |
7 | Sabah | 21 | 5 | 12 | 4 | 20-29 | 19 |
8 | Keşlə | 21 | 3 | 9 | 9 | 21-33 | 18 |