» » AÇ-2020: Millimizin rəqibləri məlum olur

AÇ-2020: Millimizin rəqibləri məlum olur

AÇ-2020: Millimizin rəqibləri məlum olurBu gün AÇ-2020-nin seçmə mərhələsinin püşkü atılacaq. İrlandiyanın paytaxtı Dublində keçiriləcək mərasim Bakı vaxtı ilə saat 15:00-da başlayacaq. Yığmamız 5-ci səbətdə qərarlaşıb

Püşkatmada UEFA-nın üzv olan 55 ölkənin yığma komandası 10 qrupa bölünəcək. Bu qruplardan beşində 5, beşində 6 komanda yer alacaq. Seçmə mərhələnin oyunlarından sonra hər qrupdan ilk iki yeri tutan komanda final mərhələsinə yüksələcək.
Avro-2020-nin səbətləri:
Millətlər Liqası səbəti: Portuqaliya, İngiltərə, İsveçrə, Hollandiya
1-ci səbət: Belçika, Fransa, İtaliya, İspaniya, Xorvatiya, Polşa
2-ci səbət: Almaniya, İslandiya, Avstriya, Danimarka, Bosniya və Herseqovina, Rusiya, Ukrayna, Uels, İsveç, Çexiya
3-cü səbət: Finlandiya, İrlandiya, Şimali İrlandiya, Serbiya, Türkiyə, Slovakiya, Norveç, Şotlandiya, Bolqarıstan, İsrail
4-cü səbət: Kipr, Estoniya, Litva, Sloveniya, Albaniya, Yunanıstan, Monteneqro, Gürcüstan, Macarıstan, Rumıniya
5-ci səbət: Azərbaycan, Lüksemburq, Moldova, Ermənistan, Belarus, Cəbəllütariq, Qazaxıstan, Kosovo, Makedoniya, Farer adaları
6-cı səbət: San-Marino, Andorra, Latviya, Lixtenşteyn, Malta.

Seçmə mərhələnin oyunları 2019-cu ilin mart - noyabr aralığında keçiriləcək.
Qeyd edək ki, 2020-ci il iyunun 12-dən iyulun 12-dək davam edəcək final mərhələsinə Azərbaycan, İngiltərə, Macarıstan, Almaniya, Danimarka, İrlandiya, İspaniya, İtaliya, Hollandiya, Rusiya, Rumıniya və Şotlandiya ev sahibliyi edəcək. Bakı Olimpiya Stadionunda qrup mərhələsinin 3, 1/4 final mərhələsinin isə 1 oyunu keçiriləcək.
486     
Reklam

Reklam