Premyer.Az » Xəbərlər » "Neftçi"dən rəsmi TRANSFER

"Neftçi"dən rəsmi TRANSFER

"Neftçi" heyətini gücləndirmək baxımından növbəti addımı atıb. Qvineyalı Mamadu Kane ilə 3 illik müqavilə bağlanıb. Oktyabrın 15-dən "Neftçi"də baxışda olan 21 yaşlı Kane mərkəz yarımmüdafiəçisidir. O, yeni komandasının heyətində 36 nömrəli formanı geyinəcək.

Qeyd edək ki, bundan əvvəl Qvineyanın "Kaloum Star” klubunun üzvü olmuş futbolçu bu ölkənin 20 yaşadək milli komandasının formasını geyinib və dünya çempionatında iştirak edib.
510     
Reklam

Reklam